Bank Of Baku

Məhərrəm Əliyevin vəzifəsindən azad olunması barədə raportu Daxili İşlər Nazirliyində qəbul olunub

Məhərrəm Əliyevin vəzifəsindən azad olunması barədə raportu Daxili İşlər Nazirliyində qəbul olunub
# 28 iyun 2007 11:17 (UTC +04:00)
General-leytenant Məhərrəm Əliyevin Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi vəzifəsindən azad olunması barədə raportu Daxili İşlər Nazirliyində (DİN) qəbul olunub. Bu barədə APA-ya DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli isə APA-ya BŞBPİ-nin rəisinin səlahiyyətlərinin kimə həvalə olunması barədə məlumatsız olduğunu bildirib: “Sadəcə, həmişə olduğu kimi bu gün də idarədə göstərişləri rəis müavini Yaşar Əliyev verib”.
Qeyd edək ki, M. Əliyev iyunun 27-də işdən ayrılmaq barədə raport yazıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR