Bank Of Baku

Azərbaycan İslam Partiyası Gəncədə baş verən hadisə ilə bağlı məhkəməyə müraciət edəcək

Azərbaycan İslam Partiyası Gəncədə baş verən hadisə ilə bağlı məhkəməyə müraciət edəcək
# 28 iyun 2007 11:22 (UTC +04:00)
Azərbaycan İslam Partiyasının (AİP) sədri müavini Rövşən Əhmədli partiyanın Gəncə şəhər komitəsinin konfransının polis müdaxiləsi nəticəsində pozulması ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, R. Əhmədli bildirib ki, şəhər polisinin müdaxiləsi nəticəsində konfrans baş tutmayıb, partiyanın şəhər komitəsinin sədri Yusif Ələkbərov və daha iki nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, AİP sədri Hacıağa Nuri, müavinlər Rövşən Əhmədli, Vaqif Abdullayev və Mərkəzi Nəzarət Təftiş Komitəsinin sədri Fəyyaz Nəbizadə isə 5 saatdan artıq Kəpəz rayon Polis Şöbəsində saxlanılıb. Qalan 20 nəfər barəsində də inzibati tədbir görülüb. Baş verənləri məmur özbaşınalığı kimi qiymətləndirən R. Əhmədli ölkə rəhbərliyindən bununla bağlı tədbir görülməsini tələb edib. O, hadisə ilə əlaqədar məhkəməyə şikayət edəcəklərini də açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR