“Mən elə həmin Məhərrəm Əliyevəm”
- Mən bu il iyunun 27-də özüm vəzifədən getməyimlə bağlı raport yazmışam. 1973-cü ildən Daxili İşlər Orqanlarında fəaliyyət göstərirəm, 1993-cü il noyabrın 6-dan isə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıram. Bu illər ərzində xalqımıza, dövlətimizə şərəflə xidmət etmişəm. Bu gün də şərəf duyuram ki, dövlətimizin başçısı möhtərəm prezidentimiz İlham Əliyevə sadiq xidmət edirik. 13 ildən artıqdır ki, bir vəzifədə çalışıram. Adam bir yerdə çox işləyəndə bir az boşalma baş verir. Mən bir neçə səbəbdən vəzifədən istefa vermək barədə qərar qəbul etmişəm. Əgər dövlət başçısı mənə başqa vəzifə etibar etsə, sözsüz ki, qəbul edib, xalqa, dövlətə, prezidentə xidmət edəcəyəm. Hər şeyin əvvəli olduğu kimi, axırı da var. Hər bir vəzifənin də axırı var. Mən yeganə adamam ki, bu vəzifədə bu qədər uzun müddət fəaliyyət göstərmişəm. Hələ bu vəzifədə 10 ildən artıq işləyən olmayıb. Mən vəzifədən getməklə bağlı istəyimi dövlət başçısı ilə razılaşdırmışam, bu vəzifədən də onun razılığı ilə gedirəm. Hansı vəzifəni həvalə etsə, orada da işləyəcəyəm. Bu illər ərzində çox problemlər olub. 1994-96-cı illər olduqca ağır keçib. İndi əmin-amanlıq dövrüdür. Bu gün mən şəxsi heyətlə görüş keçirdim. Həmişə hərənin öz əməyinə görə qiymətləndirilməsinə çalışmışam. Biz bu sabitliyə, kriminogen durumun normal olmasına nail olmuşuq, mən bunu özümə fəxr sayıram. Həmişə dövlət başçısına şərəflə xidmət etmişəm, sadiq olmuşam. Xidmətlərim də dövlət tərəfindən həmişə qiymətləndirilib. Mən bu siyasəti müdafiə edirəm, bu siyasətin alternativi yoxdur. Heydər Əliyev siyasəti xalqın gələcəyi üçün düzgün seçilmiş yoldur. Biz dövlət başçısının ətrafında sıx birləşib, xalqı irəli aparmalıyıq. Mən hər şeyə görə prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.
- Siz 30 ildən artıq hüquq-mühafizə orqanlarında işlədiyinizi qeyd etdiniz. Polis işçisi olmağın çətinliyi nədədir?
- Təxminən 10 il Moskvada işləmişəm. Orada polis nəfərindən əməliyyat müvəkkilinə qədər yüksəlmişəm. Moskvada işlədiyim dövrdə çox şeylər öyrənmişəm. 1982-ci ildə Azərbaycana qayıtmışam, ayrı-ayrı vəzifələrdə işləmişəm. Səbayel Rayon Polis İdarəsinin rəisi vəzifəsindən Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunmuşam. O dövrdən indiyə kimi 13 ildən artıq vaxt keçib. Biz çox çətinlikləri arxada qoymuşuq. Ağır cinayətlərin açılmasında problemlər olub. Çox şeyi xatırlamaq istəmirəm, ancaq bir şeyi deməliyəm ki, nə qədər çətin olsa da, həmin ağır cinayətlərin demək olar ki, hamısı ifşa olunub. Sözsüz ki, müəyyən məsələləri çıxmaq şərti ilə... Təcrübəli bir polis işçisi kimi deyə bilərəm ki, cinayət heç vaxt cəzasız qalmır. Cinayətkar mütləq ifşa olunur. Göründüyü kimi, hətta uzun illər bağlı qalan cinayətlər belə son nəticədə açılır. Deyə bilmərəm ki, bütün bunlar mənim üçün asan olub. Bəlkə də ən çətin dövrlərdə işləmişəm. Bunun da öz səbəbləri var. İndi o səbəblər haqqında danışmaq istəmirəm. Hər şeyi zaman həll edir. Uzun illər mənə qarşı təxribatlar olub, vaxtilə Bakıda baş verən adam oğurluğu hadisələrini bizim üstümüzə atmaq istəyirdilər, ancaq mən bütün bu işlərdən, çətinliklərdən üzüağ çıxmışam. Heç bir qanunsuzluğa imza atmamışam. Çalışmışam ətrafım da mənim mövqeyimdə olsun. Mən xəyanətə, eyni zamanda çoxüzlü siyasət aparanlara da nifrət etmişəm. İnsanın bir sifəti olmalıdır. Vəzifədə olan insan xalqına və prezidentinə xidmət etməlidir. Mən buna nail olmuşam. Bir daha deyirəm ki, hamının qarşısında üzüm ağdır. Vəzifədən getmək mənim üçün faciə deyil, əksinə alnı açıq, üzüağ getməyi özümə şərəf bilirəm.
- Paytaxt polisinin rəisi olduğunuz müddətdə baş verən cinayət hadisələrindən ən təhlükəlisi hansı olub?
- Bu illər ərzində həyatımda ən ağır iz qoyan insan oğurluğu ilə bağlı hadisə olub. 1993-94 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər, Heydər Əliyevə qarşı sui-qəsd hadisələri baş verib. Biz onların hamısından şərəflə çıxmışıq. Ancaq rütbə yoldaşımın xəyanətini heç vaxt unuda bilməmişəm. Bu mənim üçün həyatda ən nifrət olunası işdir. İnsan da öz poqon yoldaşına xəyanət edərmi? Nə yazıq ki, bəzi insanlar pula, vəzifəyə, hərisliyə satılıb bu işlərə gediblər. Bu illər ərzində adam oğurluqlarının baş verməsi, sonda hətta qadın oğurluğu bəlkə də dünyada analoqu olmayan bir cinayətdir. Mən bunu unuda bilmərəm. Bu cinayətin baş verməsini, icra olunmasını, bizim bu cinayətlərin açılmasında gördüyümüz işləri heç vaxt unuda bilməyəcəyəm.
- Polis sistemində hansı islahatlara ehtiyac var?
- Bəli, islahata ehtiyac var. Müəyyən dəyişikliklər olmalıdır. Günün reallıqlarına cavab verməyən məsələlər var. Yəqin ki, bu işlər görüləcək. Cinayətlərin qeydiyyata alınmasından tutmuş şəxsi heyətin harada, hansı sahədə işləməsinə qədər, idarəçilik sistemində və digər məsələlərlə bağlı dəyişikliklərə ehtiyac var. Müəyyən sahədə ixtisarlar, bəzi sahələrdə isə şəxsi heyətin sayının artırılması lazımdır.
- Azərbaycan polisinin bugünkü imici Sizi qane edirmi?
- Bəlkə də bayaq dediyim hadisə baş verməsəydi, “qane edir” deyərdim. Ancaq ədalət naminə deməliyəm ki, polislər də çox əziyyət çəkib. Hamıya eyni gözlə baxmaq düzgün deyil. Nə qədər polis əməkdaşı müharibədə həlak olub. Bəlkə də polislərin 99 faizi əziyyət çəkib, işləyib. İndi kimlərsə nifrət olunası işlər görübsə, ruslar demişkən “Boq im sudya”.
- Bu illər ərzində qazancınız nə olub?
- Xidmətimə sadiq olmuşam və bunu özümə şərəf saymışam. Xəyanətim olmayıb. Bu mənim üçün ən böyük qazanc və xoşbəxtlikdir. Həm Heydər Əliyev, həm də indiki dövlət başçısı mənə çox böyük hörmətlə yanaşıblar. Heç kəs mənim haqqımda başqa söhbət danışa bilməz. Cəmiyyətdə mənim öz imicim var. Polisdə işləyib təmiz adı saxlamaq çox çətindir. Allaha şükür, mən buna nail olmuşam.
- Bakının hazırkı krimnogen durumu necədir?
- Dünyanın iki sabit şəhəri varsa, onun biri, bəlkə də birincisi Bakıdır. 1990-cı illərin əvvəllərində adamöldürmə hadisələri 180-190 arasında idi. İndi bu rəqəm 70-80 arasındadır.
- İstefa vermək hansı hissi yaradır?
- Uzun müddət vəzifədə işləmişəm, bu gün vəzifəm yoxdur. Vəzifəni itirmək mənim üçün keçilməz deyil. Mənim əlimdən vəzifəni ala bilərlər, Məhərrəm Əliyev adını ki, məndən almayıblar. Mən elə həmin Məhərrəm Əliyevəm. İki övladım, 5 nəvəm var. Özümü ailəmlə birlikdə çox xoşbəxt hiss edirəm. Oğluma demişəm ki, yol polisi saxlayanda nə tədbir görsələr, razılaş. Ancaq kiminsə qohumunu yol polisi saxlayanda, bir də görürsən aləmi bir birinə qatılarlar.
- Öz yerinizdə kimi görürsünüz?
- Bu, bir az qəliz məsələdir. Bu cavabı o adam verə bilər ki, həmin şəxsi təyin etmək səlahiyyətinə malik olsun. Mənim görmək istədiyim çox adam var. Həmin şəxslər gəlib bəlkə də məndən də yaxşı işləyə bilərlər. Hesab edirəm ki, bu vəzifəyə layiqli adam təyin olunmalıdır. Mənim rəyimi soruşsalar, sözümü deyə bilərəm. Hər halda, kimisə təyin edəcəklər. Arzum edirəm ki, mənim sağ əlim onun çiynində olsun.
- Vəzifədən ayrılmağın ən çətin cəhəti nədir?
- Mən hara işləmişəmsə, ayrılanda çətinlik çəkdiyim şey kollektivlə bağlı olub. Adam var, ildə bir yer dəyişir. İşlədiyim kollektivdən ayrılmaq həmişə mənə ağır olub. Bu gün də yeganə problem bununla bağlıdır. Bu kollektivə o qədər öyrəşmişəm ki... Mən öz kollektivimə minnətdaram. Heç vaxt tək işləyə bilməzdim. Ətrafımdakı insanlar düz olub. Bu kollektiv üçün çox darıxacağam. /APA/
Daxili siyasət
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Xəbər Lenti
Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapılıb
Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
Ərdoğan: NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
AQP-nin reyestrində 200-ə yaxın qiymətləndirici qeydiyyatdan keçib
Emin Əmrullayev Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
"Azercell"in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
“Biləcəri” və “Park Xırdalan” layihələrində yeni mənzil sahibi olmaq üçün fürsət - İlkin ödəniş 16 400 AZN-dən başlayaraq!
İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçib - YENİLƏNİB
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq
Hamburqda AZAL üçün ilk A321neo təyyarəsinin təhvilvermə mərasimi keçirilib- FOTO
Müdafiə naziri: ABŞ tələb etsə belə, İsrail ordusu Livanın cənubunu tərk etməyəcək
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib
Media nümayəndələri "Airbus"un Hamburqdakı istehsal sahəsində olublar- FOTO
Azərbaycanda sığorta bazarı bu il 2%-ə yaxın böyüyüb
Ərdoğan: İsrail 10 gündür ABŞ-İran razılaşmasını pozmaq üçün əlindən gələni edir
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub
SİMA İmza ilə "Birbank Biznes"də onlayn rahatlıq
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: Top Rusiyada deyil
Fransada Ebolaya ilk yoluxma halı qeydə alınıb
Ukrayna Krımda iki hərbi aerodromu bombalayıb, "Pantsir" sistemi məhv edilib
Əli Xameneinin vida mərasimi ilə əlaqədar Tehranın Mehrabad aeroportu bağlanacaq
Ukrayna ordusu Orenburqda Rusiyanın iki əsas zavodunu vurub
Zeynal Nağdəliyev: Pambıqçılıqda inkişafın əsas istiqaməti intensiv və texnologiyaya əsaslanan istehsal modelinə keçiddir
Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Prezidentin köməkçisi: Pambıqçılıqda 2030-cu ilədək əsas hədəf orta məhsuldarlığın 50 sentnerə çatdırılmasıdır
Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqını seçəcəyinə ümid edir
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır
AZAL: Bu günə olan Bakı-Naxçıvan-Bakı reysləri ləğv olunub
Bakıda və rayonlarda yağış yağacaq
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Əziz Əzizov: Aqrar sahədə islahatlar pambıqçılığın inkişafında yeni mərhələnin əsasını qoyub
İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır
Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Zaur Mikayılov: Su ehtiyatlarının səmərəli idarə olunması sahəsində dövlət nəzarəti xüsusi əhəmiyyət daşıyır
İcra başçısı: Dövlət proqramının icrası qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək
Azərbaycanın “orta güc” kimi mövqeyinə həsr olunmuş konfrans keçirilib - FOTO
Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzalayıb
BMT Forumunda Azərbaycanda sosial islahatların uğurları barədə məlumat verilib
“Zeytun Bağları” ətraf mühitin qorunmasına töhfə verməyə davam edir
TBMM sədri: İƏTPİ Konfransına sədrliyin Azərbaycana keçməsi bizim üçün son dərəcə əhəmiyyətlidir
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
TBMM Azərbaycanla hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Memorandumu təsdiqləyəcək
Krım və Sevastopol işıqsız qalıb - YENİLƏNİB
Numan Kurtulmuş: İƏT kimi beynəlxalq platformalarda islahatlara ehtiyac var
Avrasiya İnkişaf Bankı: Nəqliyyat sektoru Azərbaycanla gələcək əməkdaşlığın əsas prioritetlərindəndir
Nazir: Pambıq regionlarda gəlirlərin sabitləşdiricisi kimi çıxış etməkdədir
Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var- VİDEO