Bank Of Baku

Zəminə Dünyamalıyeva: “Ali Məclis Aydın Quliyevin üzvlüyünə xitam verməlidir”

Zəminə Dünyamalıyeva: “Ali Məclis Aydın Quliyevin üzvlüyünə xitam verməlidir”
# 28 iyun 2007 12:45 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin növbəti iclasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin partiyadan xaric olunması məsələsi gündəliyə salına bilər. Bu barədə APA-ya partiya liderinin müşaviri, İdarə Heyətinin üzvü Zəminə Dünyamalıyeva məlumat verib. Onun sözlərinə görə, A. Quliyevin partiyadan xaric olunması ilə bağlı hər hansı müzakirəyə ehtiyac yoxdur: “Partiyanın təsis qurultayında tutduğu mövqeyə görə biz Aydın Quliyevi partiyanın üzvü hesab edirik. Amma o, mətbuata verdiyi açıqlamada partiya üzvü olmadığını bildirib. Bu açıqlama Ali Məclis üzvlərinə elan olunmalı və onun üzvlüyünə xitam verilməlidir”. Partiya sədri Akif Şahazovun bu məsələyə müdaxilə etməməsinə gəldikdə, Z. Dünyamalıyeva bildirib ki, sədrin müdaxiləsi problemi həll edə bilməz: “Sədrin hər bir üzvün dediyinə münasibət bildirməsinə ehtiyac yoxdur. Partiya sədrinin fərdi qaydada mövqe nümayiş etdirməsi heç nəyi həll etmir, onun da bir səsi var. Bu baxımdan məsələ yalnız Ali Məclisə çıxarılmalı və onun üzvlüyünə xitam verilməlidir. Vəssalam”. Z. Dünyamalıyeva deyib ki, partiya Nizamnaməsinə əsasən Ali Məclisin toplantıları 3 aydan bir keçirilir və iyulun sonuna kimi növbəti sessiya çağrılmalıdır.
Aydın Quliyev isə APA-ya açıqlamasında Ali Məclisin iclasında iştirak etmək fikrində olmadığını bildirib: “Ona görə də həmin iclasda hansı qərarların qəbul olunacağı məni maraqlandırmır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR