Bank Of Baku

Almaniya hökuməti İlqar Altaya siyasi sığınacaq verib

Almaniya hökuməti İlqar Altaya siyasi sığınacaq verib
# 28 iyun 2007 13:16 (UTC +04:00)
Almaniya hökuməti İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altaya siyasi sığınacaq verib. İ. Altay APA-ya açıqlamasında deyib ki, 2004-cü ildə etdiyi müraciətə müsbət cavab alıb və ona Almaniya hökumətindən rəsmi məktub daxil olub. Məktubda Almaniya Federal Miqrasiya Bürosunun İ. Altayın emiqrasiya hüququnu tanıdığı bildirilir və ondan Almaniya dövlətinə qəbul proseduru ilə anket sənədlərini tam dolduraraq səfirliyə təqdim etməsi xahiş olunur. Ancaq İ. Altay artıq mühacirət etmək fikrindən daşınıb. Emiqrasiya barədə müraciət etdiyi vaxt Azərbaycanda ictimai-siyasi durumun gərgin olduğunu deyən mərkəz rəhbəri indi vəziyyətin dəyişdiyini bildirib: “Prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən 4 ilə yaxın vaxt keçir və zaman göstərdi ki, onun rəhbərliyi ilə dövlətin yeritdiyi siyasət Azərbaycanı Avropaya inteqrasiya istiqamətində sabit ictimai-siyasi duruma, sosial-iqtisadi bərabərliyə, əmin-amanlığa və demokratik inkişafa aparır”. İ. Altay mühacirətdən imtina etməsi ilə bağlı Almaniya hökumətinə rəsmi məktub göndərib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR