Bank Of Baku

ATƏT-in milli azlıqlar üzrə komissarı Rolf Ekeus: “Münaqişələrdən qaçmaq üçün milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiyası vacibdir”

ATƏT-in milli azlıqlar üzrə komissarı Rolf Ekeus: “Münaqişələrdən qaçmaq üçün milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiyası vacibdir”
# 28 iyun 2007 14:12 (UTC +04:00)
ATƏT-in milli azlıqlar üzrə ali komissarı Rolf Ekeus bu gün qurumun Daimi Şurasında çıxış edib. APA-nın xəbərinə görə, R. Ekeus münaqişələrdən qaçmaq üçün milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulayıb. O bildirib ki, bu məsələ ilə məşğul olacaq xüsusi təsisatın yaradılmasına ehtiyac var. Başçılıq etdiyi ofisin indiyə qədər gördüyü işlər haqqında da məlumat verən R. Ekeus Gürcüstanda yaşayan azərbaycanlıların və ermənilərin cəmiyyətə inteqrasiyası üzrə rəsmi Tiflislə apardıqları birgə işi pozitiv nümunə kimi misal göstərib.
Qeyd edək ki, R. Ekeus bu vəzifəyə 2000-ci ilin noyabrında təyin olunub. 2004-cü ildə onun səlahiyyət müddəti uzadılıb. Komissarın səlahiyyəti iyunun 30-da başa çatır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR