Bank Of Baku

Ayağı sınan Abbas Lisani hələ də tibb məntəqəsinə köçürülməyib

Ayağı sınan Abbas Lisani hələ də tibb məntəqəsinə köçürülməyib
# 28 iyun 2007 14:40 (UTC +04:00)
“Ayağının sınmasına baxmayaraq, Abbas Lisani hələ də tibb məntəqəsinə köçürülməyib. Həbsxana rəhbərliyinin ona münasibəti çox pisdir və Abbasın heç bir istəyi, xahişi qəbul edilmir”. Bu sözləri APA-ya açıqlamasında İran türklərinin hüquqları uğrunda hərəkatın liderlərindən biri olan A. Lisaninin həyat yoldaşı Ruqəyya Lisani deyib. O bildirib ki, həbsxana rəhbərliyi heç bir müraciətə məhəl qoymur və siyasi məhbusa qərəzli münasibət davam etdirilir. A. Lisaninin hələ də cinayətkarlarla eyni kamerada saxlanıldığını vurğulayan R. Lisani mayın 16-da işə baxan Təbriz şəhər Məhkəməsinin qərarının hələ də açıqlanmadığını söyləyib.
Qeyd edək ki, A. Lisani 2006-cı ilin may-iyun hadisələrindən sonra kütləvi aksiyaların təşkilində ittiham edilərək saxlanılıb və məhkəmənin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Mayın 15-də Təbriz şəhər Məhkəməsində keçirilən prosesdə isə A. Lisani 2006-cı ildə Bəzz qalasına yürüşün təşkilində ittiham olunub. İyunun 21-də həbsxanada qeyri-müəyyən şəraitdə onun ayağı sınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR