Bank Of Baku

Rusiyalı deputatlar NATO seminarında Kosovo ilə Dağlıq Qarabağ arasında paralellik aparıblar

Rusiyalı deputatlar NATO seminarında Kosovo ilə Dağlıq Qarabağ arasında paralellik aparıblar
# 28 iyun 2007 15:03 (UTC +04:00)
Rusiyalı deputatlar NATO-nun Xorvatiyada keçirilən 66-cı “Rouz-Rout” seminarında Kosovo problemi ilə Dağlıq Qarabağ münaqişəsi arasında müqayisə aparıblar. Bu barədə APA-ya seminarda iştirak edən Azərbaycan Milli Məclisinin üzvü Məlahət Həsənova məlumat verib. Deputat bildirib ki, rusiyalıların bu mövqeyi seminar iştirakçıları, o cümlədən NATO rəsmilərinin sərt reaksiyasına səbəb olub: “Rusiyalı deputatlar Kosovo problemini Qarabağ, Osetiya və Abxaziya ilə eyniləşdirməyə cəhd etdilər. Onların bu mövqeyi gülüş doğurdu. Biz tədbirdə ermənilərin Qarabağa köçürülməsinin tarixi haqqında məlumat verdik”. M. Həsənova seminarda enerji təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirildiyini deyərək bu mövzuda Azərbaycanda seminar keçirilməsi təklifi ilə çıxış etdiklərini bildirib. Təklif müsbət qarşılanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR