Bank Of Baku

Pənah Hüseyn “Müsavat” deputat qrupunun koordinatorluğundan istefa verib

Pənah Hüseyn “Müsavat” deputat qrupunun koordinatorluğundan istefa verib
# 28 iyun 2007 15:30 (UTC +04:00)
Millət vəkili Pənah Hüseyn “Müsavat” deputat qrupunun koordinatorluğundan istefa verib. O, APA-ya açıqlamasında bildirib ki, buna səbəb koordinator kimi səlahiyyətinin başa çatmasıdır. Deputat qrupunun əsasnaməsinə görə, koordinatorun 6 ay müddətinə seçildiyini deyən P. Hüseyn növbəti koordinatorun payızda müəyyənləşəcəyini söyləyib. O, istefasının başqa səbəbləri olub-olmadığı ilə bağlı suala “cavabım kifayət qədər əsaslıdır və başqa məsələlər üzərində dayanmağa ehtiyac yoxdur” cavabını verib. P. Hüseyn Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslərlə aralarında müəyyən fikir ayrılıqlarının olduğunu da etiraf edib: “Mən müsəlman-demokrat ideyası ilə çıxış edirəm. Amma Müsavatda bir sıra rəhbər şəxslər bu fikirlə razılaşmır”. Konkret şəxslərin üzərində dayanmaq istəmədiyini deyən deputat bu mövqedə olan şəxslərin partiyada əksəriyyət təşkil etdiyini söyləyib. Buna baxmayaraq, o, Müsavatla əlaqələrini davam etdirəcəyini də açıqlayıb: “Çünki müxalifətdə mənə ən yaxın siyasi qüvvə məhz Müsavat Partiyasıdır. Fikirləri üst-üstə düşməyən xeyli müxalifət qüvvələri var ki, onlarla da münasibətlər davam edir”.
Məsələyə münasibət bildirən Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiyanın ideoloji xəttinin proqramda öz əksini tapdığını bildirib: “Ona görə də buna zidd mövqedən çıxış etmək fikrimiz yoxdur. Ümumilikdə isə müsəlman-demokrat ideologiyasının özündə qeyri-müəyyənlik var. Müsavatın islama qarşı olduğunu demək olmaz, çünki partiyanın prinsiplərində islamçılıq da öz əksini tapıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR