Bank Of Baku

“Aqo” qrupunun rəhbəri Per Syorgen: “Bakıya səfərdə məqsədimiz Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini yoxlamaqdır”

“Aqo” qrupunun rəhbəri Per Syorgen: “Bakıya səfərdə məqsədimiz Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini yoxlamaqdır”
# 28 iyun 2007 15:58 (UTC +04:00)
Səfər proqramı barədə APA-ya eksklüziv açıqlama verən “Aqo” qrupunun sədri İsveçin AŞPA-da nümayəndə heyətinin rəhbəri Per Syorgen Bakıda prezident İlham Əliyev, ayrı-ayrı hakimiyyət orqanları, parlamentarlar, siyasi partiya və QHT liderləri ilə görüşəcəyini deyib: “Həmişə olduğumuz kimi bu dəfə də səfərimizin əsas məqsədi ölkədə gedən proseslərlə tanış olmaq və Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri nə dərəcədə yerinə yetirməsini yoxlamaqdır. Əsasən bu öhdəliklərdən irəli gələn demokratiya və insan hüquqları, qanunvericilik, seçkilər və s. məsələlər diqqət mərkəzimizdə olacaq. Bundan başqa bizi maraqlandıran məsələ ədliyyə sisteminin müstəqil olmasıdır”. Per Syorgen Azərbaycanda qeyd olunan məsələlərə münasibətini Bakıya səfərindən sonra açıqlayacağını deyib. O, səfərin nəticələri ilə bağlı Bakıda geniş mətbuat konfransı keçirəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR