Bank Of Baku

AŞ Nazirlər Komitəsi Dağlıq Qarabağda planlaşdırılan “prezident seçkiləri”nin münaqişənin həllini risk altında qoyacağını açıqlayıb

AŞ Nazirlər Komitəsi Dağlıq Qarabağda planlaşdırılan “prezident seçkiləri”nin münaqişənin həllini risk altında qoyacağını açıqlayıb
# 29 iyun 2007 08:12 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, Q. Paşayeva ilk olaraq Dağlıq Qarabağda planlaşdırılan və bölgədə onsuz da həssas vəziyyətdə olan sülh şəraitinə mənfi təsir göstərən qeyri-qanuni seçkilərin keçirilməsinin qarşısını almaq uçun Avropa Şurasının Ermənistana hansı təzyiqləri etmək niyyətində olduğunu soruşub. Nazirlər Komitəsindən bu sualı belə cavablandırıblar: “NK-nin bu məsələdə fikri dəyişməz olaraq qalır. Avropa Şurasına üzv olduqda hər iki ölkə öz üzərinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə öhdəlik götürüb. NK bu öhdəliklərə hörmət edilməsinə çox diqqətlə yanaşır və ümid edir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasındakı danışıqlar nəhayət ki, yaxın gələcəkdə dalan vəziyyətindən çıxacaq. Bu, hər iki ölkə və ümumilikdə bütün Cənubi Qafqazın stabilliyi uçun çox vacibdir. Əvvəlki ”referendum seçkiləri” kimi birtərəfli şəkildə keçirilən və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan bu ”prezident seçkiləri” də münaqişənin həlli üçün heç bir lazımi baza yaratmağa qadir ola bilməz və danışıqlar prosesini risk altına qoymuş olar”. Q. Paşayeva əlavə olaraq Nazirlər Komitəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək üçün nə təklif edə biləcəyini soruşub. NK bu suala aşağıdakı cavabı verib: “Çox məyusedicidir ki, Əliyev və Köçəryanın Sankt-Peterburqdakı danışıqları lazımi nəticələr vermədi. Ümid edirik ki, bu danışıqlar davam etdiriləcək və üzümüzə gələn aylarda münaqişənin həllinə dair əsas prinsiplər üzrə razılıq əldə olunacaq. AŞ əldə ediləcək belə bir razılıq üçün lazımi münbit şərait yaratmağa həmişə hazırdır, xüsusən də iki ölkə arasında etibar və əlaqələr yaratmağı dəstəkləməkdə həmişə yardımçı rolunda çıxış edə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR