Bank Of Baku

Portuqaliyanın sədrliyi dövründə Avropa Birliyini Azərbaycanda Fransa səfirliyi təmsil edəcək

Portuqaliyanın sədrliyi dövründə Avropa Birliyini Azərbaycanda Fransa səfirliyi təmsil edəcək
# 29 iyun 2007 10:07 (UTC +04:00)
Sabah Avropa Birliyində sədrlik Almaniya Federativ Respublikasından Portuqaliya Respublikasına keçəcək. Almaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, Portuqaliyanın Azərbaycanda diplomatik missiyası olmadığı üçün AB-nın nümayəndəlik missiyasını Fransanın Bakıdakı səfirliyi həyata keçirəcək. Səfirlikdən bildiriblər ki, Almaniyanın qurumdakı sədrliyi “Avropa birlikdə uğur qazanacaq” devizi altında keçib. Berlinin sədrliyi müddətində Avropa Konstitusiyasının yaradılması prosesi davam etdirilib, qonşu ölkələrlə enerji istehlakı və təminatı sahəsində əməkdaşlığa xüsusi önəm verilib. AB-nin iyunun 21-22-də Brüsseldə keçirilmiş yığıncağında 36 saat davam edən danışıqlar nəticəsində Konstitusiya müqaviləsi haqqında saziş yolu ilə AB-də islahat həyata keçirmək barədə razılığa gəlinib. Yeni hökumətlərarası konfransda yalnız Konstitusiya müqaviləsinin detalları üzərində iş aparılacaq. Müqavilə 2009-cu ildə qüvvəyə minəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR