Bank Of Baku

Ukraynalı politoloq: “GUAM-ın gözlənilmədən yüksəlməsi ilk növbədə Rusiyanın MDB-də qeyri-effektiv siyasətinin nəticəsidir”

Ukraynalı politoloq: “GUAM-ın gözlənilmədən yüksəlməsi ilk növbədə Rusiyanın MDB-də qeyri-effektiv siyasətinin nəticəsidir”
# 29 iyun 2007 10:48 (UTC +04:00)
“Yaxın Şərq layihəsi Rusiya prezidenti Vladimir Putinin ən uğursuz milli layihələrindən biridir”. APA-nın Şərqi Avropa bürosunun xəbərinə görə, ukraynalı politoloq Viktor Nebojenko bildirib ki, GUAM-ın gözlənilmədən yüksəlməsi ilk növbədə Rusiyanın MDB-də qeyri-effektiv siyasətinin nəticəsidir: “Rusiya müəyyənləşdirməli idi ki, MDB-ni yenidən qurmaq lazımdır, ya Avrasiya İqtisadi Birliyi ilə məşğul olmalı, ya da Daşkənd müqaviləsi çərçivəsində hərbi təhlükəsizlik sisteminə nəzər yetirməlidir. Nəticədə heç nə edilmədi. Kremli böyük ölkələr və böyük nəticələr maraqlandırırdı”. Politoloq deyib ki, prezident V.Putinə keçmiş Almaniya Demokratik Respublikası, Danimarka və İtaliya ilə işləmək qonşu dövlətlərlə çalışmaqdan daha rahatdır: “Amma GUAM ölkələrini də bir-biri ilə az şey birləşdirir. Vacib məsələlərdən biri Gürcüstan və ABŞ arasında sərbəst ticarət zonasının yaradılmasından ibarətdir”. V. Nebojenko hesab edir ki, ABŞ-la daha çox yaxınlaşan ölkələr GUAM ittifaqının nüvəsinə çevriləcəklər. O, GUAM dövlətlərinin ordularını qüdrətli silahlı qüvvələr hesab etməsə də bildirib ki, sülhməramlı tabor bu qüvvələrdən toplanacaq ən güclü əsgərlərin hesabına formalaşdırılacaq. /AP
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR