Bank Of Baku

AXCP payızda yeni qərargah icarəyə götürəcək

AXCP payızda yeni qərargah icarəyə götürəcək
# 29 iyun 2007 13:11 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) payızda yeni qərargah icarəyə götürəcək. Bu barədə APA-ya partiya sədrinin təşkilati məsələlər üzrə müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, hazırda şəhərin münasib yerində münasib qiymətə ofis axtarırlar. Bir neçə belə ofis tapdıqlarını bildirən H. Kərimov sadəcə həmin yerlərin sahiblərinin AXCP-yə icarə yer verməkdən imtina etdiklərini bildirib: “Buna görə də biz özəlləşdirilmiş ofis götürəcəyik”. H. Kərimov bildirib ki, partiya payıza kimi səyyar fəaliyyət göstərəcək. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclaslarının ayrı-ayrı cəbhəçilərin evlərində keçiriləcəyini bildirən sədr müavini bu mərhələnin yay aylarına təsadüf etdiyini bildirərək, ciddi problemin ortaya çıxmayacağını güman edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR