Bank Of Baku

Ayaz Rüstəmov: “Müxalifətin yeni alyansında da hər hansı ambisiyalar ortaya çıxsa, AMİP bu birlikdə də olmayacaq”

Ayaz Rüstəmov: “Müxalifətin yeni alyansında da hər hansı ambisiyalar ortaya çıxsa, AMİP bu birlikdə də olmayacaq”
# 29 iyun 2007 13:13 (UTC +04:00)
“Bu vaxta qədər müxalifət partiyalarının yaratdıqları birliklərdən liderlərin ambisiyaları və yersiz iddialarına görə çıxmışıq. Bu ambisiyalara son qoyulmayana kimi hər hansı səmimi birliyin olacağını düşünmürəm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov bildirib. AMİP-in Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzindən istefa verməsinin və həmçinin Demokratiya Uğrunda İttifaqda təmsil olunmaq təklifindən imtinasının səbəblərinin də bu amillə bağlı olduğunu deyən partiya sədri hesab edir ki, partiya liderləri keçmişdə baş verənləri də qabartmamalıdırlar: “Ambisiyalarla bərabər partiya liderləri arasında keçmişdə olan münasibətlər onların birgə fəaliyyətinə mane olur. Əks halda, yenə də heç bir ciddi nəticə olmadan fəaliyyət göstərəcəyik”. A. Rüstəmov hazırda AMİP-in müxalifətin yeni alyansının yaradılması ilə bağlı danışıqlarda iştirak etdiyini xatırladıb: “Burada da hər hansı ambisiyalar ortaya çıxacaqsa, yəqin ki, bu birlikdə olmayacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR