Bank Of Baku

Hüquq müdafiəçiləri Strasburqdan qayıdıb

Hüquq müdafiəçiləri Strasburqdan qayıdıb
# 29 iyun 2007 13:27 (UTC +04:00)
Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı və Arzu Abdullayevanın Fransanın Strasburq şəhərinə səfəri başa çatıb. N. Cəfəroğlu APA-ya açıqlamasında bildirib ki, səfər çərçivəsində Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene van der Linden, “Aqo” Monitorinq Qrupunun üzvləri, AŞ PA-nın Dağlıq Qarabağla bağlı alt komitəsinin rəhbəri lord Rassel Conston, AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloyd, qurumun məruzəçisi Leo Platvoet, AŞ Venesiya Komissiyasının sədri Canni Bukikkio və s. şəxslərlə görüşüblər. Hüquq müdafiəçisi deyib ki, onlar AŞ PA-nın iyun sessiyası keçirildiyi günlərdə qurum təmsilçiləri ilə Azərbaycanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliklər, ölkəmizdə insan haqlarının, söz azadlığının durumu, Qarabağ problemi ilə bağlı müzakirələr aparıblar: “Həmin görüşlərdə qeyd etdik ki, Azərbaycanda müsbət addımlar atılmasına, inkişaf baş verməsinə baxmayaraq, ölkədə insan haqları, söz azadlığı ilə bağlı vəziyyət gərgindir. Bildirdik ki, Azərbaycan tez bir zamanda Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, həbsdə olan jurnalistlər, siyasi məhbuslar azadlığa buraxılmalı, sərbəst toplaşmaq azadlığı ilə bağlı olan problemlər aradan qaldırılmalıdır”. N. Cəfəroğlunun sözlərinə görə, hüquq müdafiəçiləri AŞ rəsmilərinə onlar tərəfindən hazırlanan 53 nəfərdən ibarət siyasi məhbus siyahısını da təqdim ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR