Bank Of Baku

Rafael Hüseynov: “Erməni işğalı nəticəsində Azərbaycana məxsus minlərlə mədəni abidə ya dağıdılıb, ya da mənimsənilib”

Rafael Hüseynov: “Erməni işğalı nəticəsində Azərbaycana məxsus minlərlə mədəni abidə ya dağıdılıb, ya da mənimsənilib”
# 29 iyun 2007 13:40 (UTC +04:00)
“Dünyada fərqli dinlər, mədəniyyətlər və adət-ənənələr var və biz bu fərqli mədəniyyət və dinlərdən qarşılıqlı etibar üçün istifadə etməliyik. Mədəniyyət insanlar arasında əlaqə və qarşılıqlı anlaşma qurulması üçün ən qısa yoldur. Əlbəttə ki, qloballaşma nəticəsində dünya kiçilir, ölkələr və insanlar arasında sərhədlər götürülür. Lakin bununla yanaşı, dinin fərdi rolu get-gedə artır və biz elə etməliyik ki, din və mədəniyyətlər dünyadakı stabilliyi pozmasın”. APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov yay sessiyasının sonuncu iş günündə dinlər və mədəniyyətlərarası dialoq məsələsinin müzakirəsində çıxış edərkən deyib. O bildirib ki, mədəniyyət və din birləşdirici amil olmaqla yanaşı, bölücülüyə də gətirib çıxara bilər: “Təəssüf ki, həmişə arzuladığımız kimi olmur. Bəzi xalqların tarixi, mədəni irsi digər xalqlar tərəfindən dağıdılır, mənimsənilir. Biz belə məsələlərə reaksiya verməliyik. 15 ildir ki, Azərbaycan əraziləri erməni işğalı altında saxlanılır. Bunun nəticəsində minlərlə mədəni abidələr ya dağıdılıb, ya da oğurlanıb. İndi bu dəyərli tarixi və mədəni abidələr, əşyalar özününküləşdirilərək bütün dünyaya işğalçı dövlətin mədəniyyətinə aid sərvət kimi təqdim edilir. Bu irs təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətə aiddir“. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR