Bank Of Baku

İlhan Aküzüm: “Azərbaycan torpaqları azad edilmədən Türkiyədə heç kim Ermənistanla əlaqə qurmağa cəsarət edə bilməz”

İlhan Aküzüm: “Azərbaycan torpaqları azad edilmədən Türkiyədə heç kim Ermənistanla əlaqə qurmağa cəsarət edə bilməz”
# 29 iyun 2007 14:07 (UTC +04:00)
Türkiyənin keçmiş turizm və dövlət naziri, Demokrat Partiyasının Qarsdan millət vəkilliyinə namizədi İlhan Aküzüm iqtidara gəlmələri halında Ermənistana təzyiqləri gücləndirəcəklərinin bildirib. O, APA-nın Türkiyə bürosuna açıqlamasında indiki hökumətin Ermənistanla bağlı siyasətindən qətiyyən razı olmadığını deyib: “Azərbaycan bizimlə qardaş ölkədir. Ermənistan 14 ildir ki, Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayır. O torpaqları boşaltmadan Türkiyədə heç kim Ermənistanla diplomatik əlaqə yaratmağa cəsarət edə bilməz. Türkiyədə hamının mənim kimi düşündüyünə inanıram. Namizədi olduğum Demokrat Partiyasının mövqeyi də belədir. Əgər kiminsə mövqeyində dəyişiklik olsa belə, İlhan Aküzüm olaraq məni öz fikrimdən geri döndərmək mümkün deyil”. Sabiq nazirin sözlərinə görə, Türkiyənin Ermənistanla əlaqə yaratması üçün ilk növbədə ermənilər işğal altındakı Azərbaycan torpaqlarını boşaltmalı, 1 milyon insan yerinə-yurduna qayıtmalıdır.
Qeyd edək ki, İ. Aküzün Ana Vətən Partiyasının qurucularından olub və dörd dəfə millət vəkili seçilib. Onun ulu babaları XIX əsrdə Qarabağdan Qarsa köçüb. Aküzüm nəslinin tanınmış simalarından olan Fevzi Aküzüm 1973-90-cı illərdə Ankaradakı Azərbaycan Kültür Dərnəyinə başçılıq edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR