Bank Of Baku

Qeyri-hökumət təşkilatlarının dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı qanun layihəsi Maliyyə Nazirliyinə təqdim edilib

Qeyri-hökumət təşkilatlarının dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı qanun layihəsi Maliyyə Nazirliyinə təqdim edilib
# 29 iyun 2007 14:13 (UTC +04:00)
Milli QHT Forumu qeyri-hökumət təşkilatlarının dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlayaraq Maliyyə Nazirliyinə təqdim edib. Forumun rəhbəri, millət vəkili Azay Quliyevin APA-ya verdiyi məlumata görə, layihədə QHT-lərin dövlət büdcəsindən maliyyələşməsinin qaydaları müəyyənləşib. Qaydalara əsasən QHT-lərə dövlət büdcəsindən yalnız qrant formasında, müsabiqə yolu ilə maliyyə ayrıla bilər. Maliyyənin məbləğinin müəyyənləşdirilməsi isə Ekspertlər Şurasına və Qrant Komissiyasına həvalə olunub. Komissiyanın Milli QHT Forumunun nəzdində yaradılması, burada QHT-lərin 5, hökumət və beynəlxalq təşkilatların isə hər birindən 2 nümayəndənin təmsil olunması nəzərdə tutulub. A. Quliyev bildirib ki, komissiyanın kollegiallığını, şəffaflığını saxlamaq üçün komissiyanın üzvləri, xüsusilə QHT-dən olan üzvlər seçki yolu ilə müəyyənləşməlidir: “Biz Qrant Komissiyasının üzvlüyünə seçilmək üçün çox ciddi kriteriyalar müəyyənləşdirmişik. Beynəlxalq təcrübə və yerli reallıq qanun layihəsində nəzərə alınıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR