Bank Of Baku

“Aqo” qrupunun Azərbaycan səfərinin proqramı açıqlanıb

“Aqo” qrupunun Azərbaycan səfərinin proqramı açıqlanıb
# 29 iyun 2007 14:28 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, qrupa sədr qismində Avropa Şurası yanında İsveçin daimi nümayəndəsi Per Syöqren, həmçinin Almaniya səfiri Eberhard Kölş, Fransa səfiri Bruno Qen, Latviya səfiri Peteris Elferts, Rumıniya səfiri Stelian Stoian və Rusiya səfiri Aleksand Alekseyev daxil olacaq. Onları AŞ katibliyinin əməkdaşları K. Puarel, İ. Aarnio-Lvoff və C. B. Çeliento tərəfindən müşayiət ediləcəklər. “Aqo” qrupu ilə görüşlərdə əsasən Azərbaycanla Avropa Şurası arasında əlaqələrin cari vəziyyəti, öhdəliklərin yerinə yetirilməsi, o cümlədən seçki qanunvericiliyi, yerli hakimiyyət orqanlarının fəaliyyəti, məhkəmələrin müstəqilliyi və fəaliyyəti, mətbuat azadlığı, Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olacaq.
Qeyd edək ki, qrupun Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşəcəyi, eləcə də ədliyyə naziri, baş prokuror, Konstitusiya və Ali məhkəmələrin sədrləri, Vəkillər Kollegiyasının sədri və İnsan Hüquqları üzrə Müvəkkilin iştirakı ilə “Məhkəmə sisteminin fəaliyyəti ilə bağlı” dəyirmi masada iştirak edəcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR