Bank Of Baku

Gültəkin Hacıyeva: “Avropa Şurası Parlament Assambleyasının yay sessiyası kifayət qədər uğurlu keçdi”

Gültəkin Hacıyeva:  “Avropa Şurası Parlament Assambleyasının yay sessiyası kifayət qədər uğurlu keçdi”
# 29 iyun 2007 14:50 (UTC +04:00)
“Avropa Şurası Parlament Assambleyasının yay sessiyası kifayət qədər uğurlu keçdi. Azərbaycan nümayəndə heyəti sessiyanın işində çox fəal iştirak etdi, bu fəallıq həm plenar iclaslarda, həm də müxtəlif komitələrin iclaslarında özünü göstərdi”. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva qurumun bu gün başa çatan yay sessiyasının yekunlarını APA-nın Avropa bürosuna belə şərh edib. O, azərbaycanlı millət vəkillərinin peşəkar avropalı deputatlara çevrilməklə ümumavropa məsələlərinin müzakirələrində həddən artıq fəallıq nümayiş etdirdiyini bildirib: “Əlbəttə ki, müxtəlif məsələlərlə bağlı çıxışlarda əsas diqqət Dağlıq Qarabağ məsələsinə yönəlmişdi. Bu sessiyada diqqət çəkən məqamlardan biri gözəl bir təşəbbüsün reallaşması oldu. Dünən Azərbaycanın AŞPA-dakı daimi nümayəndəliyində Avropa Şurası baş katibinin də qatıldığı GUAM ölkələri nümayəndə heyətləri və nümayəndəliklərinin qeyri-formal toplantısı keçirildi. Bu tədbir əslində bir az öncə Bakıda keçirilən GUAm sammitinin davamı və onunla həmahəng səslənən tədbir idi. Yəqin ki, bundan sonra biz Avropa Şurası çərçivəsində GUAM ölkələri ilə əməkdaşlığa xüsusi önəm verəcəyik. Bundan başqa digər istiqamətlərdə də fəaliyyətimizi davam etdirəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR