Bank Of Baku

AMİP ziyalıların Dağlıq Qarabağa və Ermənistana səfərinə etiraz edib

AMİP ziyalıların Dağlıq Qarabağa və Ermənistana səfərinə etiraz edib
# 29 iyun 2007 15:49 (UTC +04:00)
Azərbaycan Milli istiqlal Partiyası (AMİP) bir qrup ziyalının Dağlıq Qarabağa və Ermənistana səfərlərini və onların keçirdikləri görüşlərlə bağlı bu gün bəyanatla çıxış edib. AMİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bəyanatda ziyalıların Dağlıq Qarabağa və Ermənistana səfəri pislənilib, bu Azərbaycan xalqına hörmətsizlik kimi qiymətləndirilib. AMİP hesab edir ki, torpaqlar işğaldan azad olunmayana və qaçqınlar öz yurd-yuvalarına qayıtmayana qədər heç bir adla, heç bir tərkiblə işğalçı dövlətə və qondarma “respublikaya” səfər etmək, heç bir əlaqə qurmaq olmaz. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR