Bank Of Baku

Sabah Müsavat Partiyası Məclisinin toplantısı keçiriləcək

Sabah Müsavat Partiyası Məclisinin toplantısı keçiriləcək
# 29 iyun 2007 16:03 (UTC +04:00)
Sabah Müsavat Partiyası Məclisinin növbəti iclası keçiriləcək. Partiya başqanının müavini Mehman Cavadoğlunun APA-ya verdiyi məlumata görə, iclasda Məclisə yeni seçilmiş üzvlərin və rayon-şəhər təşkilatlarına yeni seçilmiş sədrlərin Məclis üzvlüyü səlahiyyətləri təsdiqlənəcək. Gündəliyin iclas zamanı təsdiq olunacağını deyən M. Cavadoğlu hazırlanmış gündəlik layihəsində ictimai-siyasi vəziyyətlə bağlı müzakirələrin nəzərdə tutulduğunu bildirib. O, 2008-ci ildə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı hər hansı qərarların qəbul olunmasının planlaşdırılmadığını qeyd edib: “Amma Məclis üzvləri təklif etsələr, bu məsələ gündəliyə salına bilər”. M. Cavadoğlu toplantıda Məclisdə boş qalmış yerlərə seçki keçirilməyəcəyini də bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR