Bank Of Baku

Dağlıq Qarabağ və Ermənistana səfər etmiş azərbaycanlı ziyalılar ermənilərlə təmas qurmağın vacib olduğunu bildirirlər

Dağlıq Qarabağ və Ermənistana səfər etmiş azərbaycanlı ziyalılar ermənilərlə təmas qurmağın vacib olduğunu bildirirlər
# 29 iyun 2007 16:54 (UTC +04:00)
P. Bülbüloğlu hesab edir ki, Dağlıq Qarabağda yaşayan 60-70 min erməni əsilli Azərbaycan vətəndaşı ilə təmas qurulmalıdır, çünki hər iki xalq hər zaman birlikdə yaşayıb və bundan sonra da yaşayacaq. Nümayəndə heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla isə doğma torpaqlara gedərkən heç bir təhlükədən qorxmadıqlarını açıqlayıb. Şuşada şəhər həyatı və nəfəsinin hiss olunmadığını vurğulayan K. Abdulla insanların gözlərində nisgil, xiffət və kədər gördüyünü deyib. Onun fikrincə, icmalar arasında təmasın olması vacibdir: “Vaxt gələcək, azərbaycanlılarla ermənilər Qarabağda yenidən birgə yaşayacaqlar. Ona görə də həmin vaxta qədər ünsiyyət nöqtəsi axtarmaq lazımdır”. Jurnalistlərin “Siz gələcəkdə “Bahadur və Sona” əsərinə bənzər əsər yaza bilərsinizmi” sualını cavablandıran K. Abdulla belə əsər yaza biləcəyini söyləyib.
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli isə bildirib ki, Avropada Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən ondan həmişə ermənilərlə danışıqlar aparıb-aparmadıqlarını, onlara Azərbaycanda yaşayacaqları təqdirdə daha firavan həyat sürəcəklərini söyləyib-söyləmədiklərini soruşurlar: “Mən həmişə düşünürdüm ki, daha heç vaxt Şuşanı, babamın evini görməyəcəyəm. Nə yaxşı ki getdim”. Professor səfəri çox ağır səfər adlandırıb: “Mən gördüm ki Şuşa azərbaycanlılarsız yaşaya bilmir. Bu, torpağın tələbidir”.
Teatr Xadimləri İttifaqının sədri Azarpaşa Nemətov isə hesab edir ki, Şuşa yalnız xəyanət nəticəsində ermənilərin əlinə keçə bilərdi. Yaxın gələcəkdə bütün Qarabağın Azərbaycanın tərkibində olacağına inanan teatr xadimi səfəri böyük bir addım adlandırıb və bunu kiminsə ayağına getmək kimi qiymətləndirənləri qınayıb: “Biz Azərbaycanın böyüklüyünü göstərdik”.
Jurnalistlərin suallarını cavablandıran Polad Bülbüloğlu qondarma qurumun rəmzləri olan otaqda oturmaları ilə suala belə cavab verib: “Arkadi Qukasyan erməni icmasının rəhbəridir və öz söhbətini elə qurmuşdu ki, biz ona hansısa şəkildə etiraz edə bilmədik”. Səfir hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlara Qarabağın Azərbaycan icması da cəlb olunmalıdır və icmanın rəhbəri Nizami Bəhmənov da Dağlıq Qarabağa səfərlər etməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR