Bank Of Baku

Elmar Məmmədyarov: “Konfrontasiya ilə məşğul olmaq əvəzinə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etmək lazımdır”

Elmar Məmmədyarov: “Konfrontasiya ilə məşğul olmaq əvəzinə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etmək lazımdır”
# 29 iyun 2007 17:18 (UTC +04:00)
“Konfrontasiya ilə məşğul olmaq əvəzinə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etmək lazımdır”. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Makedoniyanın Oxrid şəhərində bu gün işə başlayan “Avroatlantika Tərəfdaşlıq Şurasının təhlükəsizlik forumu”nda çıxışı zamanı deyib. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, nazir çıxışı zamanı Azərbaycanın enerji sektorunun inkişafı barədə məlumat verib, “Əsrin müqaviləsi” imzalandıqdan sonra həyata keçirilən tədbirlər, xarici şirkətlərlə uğurlu əməkdaşlıq, neft kəmərləri siyasəti barədə iştirakçıları məlumatlandırıb. Azərbaycanda yalnız enerji sektorunun inkişaf etmədiyini vurğulayan XİN başçısı neft gəlirlərindən şəffaf istifadə olunduğunu, gəlirlərin şəffaf xərclənməsi üçün Dövlət Neft Fondunun yaradıldığını deyib. “Enerji layihələri Azərbaycanın iqtisadi inkişafına səbəb olub, ölkəmiz bu gün sürətlə inkişaf edən ölkələrdəndir”. Xəzər İbrahimin sözlərinə görə, Elmar Məmmədyarov forum çərçivəsində ABŞ və Serbiya nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. XİN başçısının daha bir neçə belə görüş keçirəcəyi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR