Bank Of Baku

Müsavat Partiyası 2008-ci ilin “Cümhuriyyət ili” elan olunması təşəbbüsü ilə çıxış edib

Müsavat Partiyası 2008-ci ilin “Cümhuriyyət ili” elan olunması təşəbbüsü ilə çıxış edib
# 02 iyul 2007 10:12 (UTC +04:00)
Müsavat Partiyası 2008-ci ilin “Cümhuriyyət ili” elan olunması təşəbbüsü ilə çıxış edib. Müsavat Məclisinin sədri Sülhəddin Əkbərin APA-ya verdiyi məlumata görə, bu barədə qərar Məclisin son iclasında qəbul olunub. Partiyanın deputat qrupu məsələ ilə bağlı təklif layihəsi hazırlayaraq müvafiq dövlət qurumlarına təqdim edəcək. Partiya Bakı və Gəncədə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin qoyulması, rayonlarda Azərbaycan Xalq Cümhuriyyətinin digər üzvlərinin abidələrinin qoyulması, Dağüstü Parkda İstiqlal Abidəsinin ucaldılması və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı layihə hazırlayacaq. Bundan əlavə, 2008-ci ildə eks-prezident Əbülfəz Elçibəyin 70 illik yubileyi münasibəti ilə tədbirlər silsiləsinin həyata keçirilməsi nəzərdə tutulub. S. Əkbərin sözlərinə görə, Məclis partiyanın demokratiyanın müdafiəsi sahəsində əsas prioritetləri barədə qərar qəbul edib. Partiya bu mərhələdə Seçki Məcəlləsinə dəyişiklik edilməsi, proporsional seçki sisteminin bərpası və partiyaların dövlət büdcəsindən maliyyələşməsini prioritet məsələ hesab edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR