Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə Qarabağ Forumu keçirilib

Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə Qarabağ Forumu keçirilib
# 02 iyul 2007 10:43 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü ilə Dağlıq Qarabağ probleminin elmi müzakirəsinə həsr edilən Qarabağ Forumu keçirilib. APA-nın məlumatına görə, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu münaqişənin həllinin uzanmasının Azərbaycanın maraqlarına zidd olduğunu deyib. Onun sözlərinə görə, problemin həllində müddət müəyyənləşdirilməlidir. Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bildirib ki, Azərbaycan beynəlxalq təşkilatların təzyiqi altında bu addımı atıb və prosesin bu şəkildə davamı milli maraqlara ziddir. Ə. Oruc mövcud prosesin əleyhinə olan şəxs və qurumların birgə təşkilatlanmasını təklif edib. Milli Məclisin deputatı Pənah Hüseyn cəmiyyətin milli iradə nümayiş etdirməsinin zəruriliyini vurğulayıb. Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov da son hadisələri pisləyib və bəzi müxalifət partiyalarının səfərin təşkilinə dəstək verdiklərini deyib: “Qarabağa və İrəvana edilən səfər burada iştirak etməyən bəzi müxalifət partiyalarının razılığı ilə həyata keçirilib. Onlar ABŞ səfirliyinə dəvət edilərək, bu səfərə qarşı çıxış etməmək üçün razı salınıblar. Qarabağ adından çirkin siyasi oyun oynayanlar düz mövqedə deyillər”. Forum iştirakçıları Qarabağ probleminin həlli ilə təkliflərlə də çıxış ediblər. Təkliflərdə danışıqların hansı prinsiplər çərçivəsində aparılmasının açıqlanması, Azərbaycan hakimiyyətin problemin həlli ilə əlaqədar proqram qəbul olunması və milli qüvvələrin eyni mövqedən çıxış etməsi qeyd edilib. Forum iştirakçıları təkliflərin dövlət başçısına, Milli Məclisin sədri Oqtay Əsədova və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimova göndərilməsi barədə də qərar qəbul ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR