Bank Of Baku

Sülhəddin Əkbər: “İctimai-siyasi aktivliyin səviyyəsi kütləvi aksiyaların təşkili üçün ciddi problem yaradır”

Sülhəddin Əkbər: “İctimai-siyasi aktivliyin səviyyəsi kütləvi aksiyaların təşkili üçün ciddi problem yaradır”
# 02 iyul 2007 11:07 (UTC +04:00)
“Ölkədəki ictimai-siyasi aktivliyin səviyyəsi kütləvi aksiyaların təşkili üçün ciddi problem yaradır. Bu baxımdan aksiyaların məqsədəuyğunluğu hərtərəfli ölçülüb-biçilməlidir”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər bildirib. Hazırda kütləvi aksiyaların keçirilməsi ilə bağlı partiyada hər hansı müzakirənin aparılmadığını deyən S. Əkbər Məclisin son iclasında da bu məsələyə diqqət yetirilmədiyini vurğulayıb: “Azərbaycandakı vəziyyət elədir ki, ictimaiyyətin bu hadisələrə kütləvi şəkildə etirazını bildirməsinə ehtiyac var. Hakimiyyətin apardığı daxili və xarici siyasətilə bağlı elə ciddi məsələlər ortaya çıxır ki, bununla bağlı ictimaiyyət öz iradəsini nümayiş etdirməlidir. Amma təəssüf ki, ən kəskin problemlərin həlli zamanı - istər sosial məsələlər, istər münaqişələrlə bağlı biz ictimaiyyətin bu fəallığını görmürük”. S. Əkbər partiya Divanın növbəti toplantılarında mitinqlərlə bağlı müzakirələrin aparılmasının nəzərdə tutulduğunu da deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR