ABŞ dövlət katibinin müşavirinin müavini Devid Kramer: “GUAM ölkələri bu quruma sahibliyi öz əllərinə almağa müvəffəq olublar”
- Biz ildə iki dəfə bu formatda görüş keçiririk. Ötən il Kiyevdə keçirilən GUAM sammitindən bir gün əvvəl ABŞ-GUAM formatında görüş oldu. Keçən ilin sentyabr ayında BMT Baş Assambleyasının sessiyasından əvvəl də belə bir görüş təşkil edildi. Bakı sammitindən bir gün öncə də bir araya gəldik. Biz mütəmadi görüşürük və burada böyük sirr yoxdur. Baş tutan hər 3 görüşdə mən ABŞ-ı təmsil etmişəm. Bakıda keçirilən forumda Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri və Moldova ilə Ukrayna xarici işlər nazirlərinin müavinləri təmsil olunurdular. Müzakirələrdə birgə iş və qarşılıqlı əməkdaşlıq məsələlərini diqqətdə saxladıq. ABŞ GUAM-ın yarandığı ilk günlərdən ona dəstək verib və indi də bunun üçün əlimizdən gələni edirik. Lakin xüsusi bəyan etmək istəyirəm ki, rəsmi Vaşinqton quruma siyasi, mənəvi və maliyyə dəstəyini davam etdirsə də, GUAM ölkələri bu quruma sahibliyi öz əllərinə almağa müvəffəq olublar. GUAM beynəlxalq aləm tərəfindən tanınan təşkilata çevrilib və biz bunu həmişə arzulamışıq.
- GUAM nisbətən gənc təşkilatdır. Buna görə də müəyyən qüvvələr təşkilatı vahid ideologiyaya malik olmamaqda ittiham edirlər. Başqa ittihamlar isə qurumun siyasi və ya iqtisadi əsaslarla deyil, məhz Rusiya əleyhinə ümumi maraqlar ətrafında formalaşması ilə bağlıdır. Sizin bu yanaşmalara münasibətiniz necədir?
- Hesab edirəm ki, bunlar ədalətli yanaşma deyil. GUAM-la bağlı gərək bir az səbirli olaq. Qurumun yaradılmasından dərhal sonra onun aktiv fəaliyyətə başlamasını gözləmək düzgün olmazdı. Təşkilatın Kiyevdə katibliyi açılacaq. Bu, müsbət siqnaldır və GUAM-ı daha konkret təşkilata çevirəcək. Katiblik hüquq-mühafizə orqanlarının koordinasiyasını yaratmaqda, nəqliyyat və tranzit üzrə ümumi razılaşmaların əldə olunmasında və nəhayət, enerji təhlükəsizliyi ilə bağlı vahid siyasətin reallaşmasında iştirak edəcək. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna hələ də keçid mərhələsindədirlər. Hesab edirəm ki, quruma üzv olan dövlətlər birgə işləyərək öz maraqlarını təmin etməklə yanaşı, regional təhlükəsizlik və sabitliyə də öz töhfələrini verəcəklər.
- Bakı sammitində Polşa, Rumıniya, Litva və Latviyanın prezidentləri də təmsil olunmuşdu. Bəzi ekspertlər hesab edir ki, yaxın dövrlərdə qeyd olunan ölkələr də quruma üzv ola bilər. ABŞ-ın bu məsələyə münasibəti necədir?
- İndi biz GUAM-da az sayda, lakin qurumun əsasını təşkil edən ölkələri görürük. GUAM “açıq qapı” siyasəti yürüdür. Yeni dövlətlər quruma üzv olmaq istəsələr, bu, mümkündür. Polşa, Litva və Latviya prezidentlərinin sammitə qatılması müsbət siqnaldır. Bu, onu göstərir ki, Avropa Birliyi və NATO-ya üzv olan, bu mötəbər qurumlarla iş təcrübəsinə malik ölkələr GUAM təcrübə yığdıqca ona dəstək vermək arzusundadırlar. Bundan başqa, mütləq qeyd etmək lazımdır ki, Yaponiya ilk dəfə GUAM sammitinə qatıldı. Bu, onun göstəricisidir ki, Asiya ölkələrinin də quruma marağı artmaqdadır. Birmənalı olaraq ABŞ, Şimalı Amerika ölkələri, Asiya və Avropa GUAM-la əməkdaşlıq etmək istəyir. Bütün bunlar pozitiv siqnaldır.
- Ukraynadan başqa, GUAM-a daxil olan ölkələrin hamısının ərazisində “dondurulmuş münaqişələr” var. Təşkilat üzvləri bu münaqişələrin həlli ilə bağlı vahid yanaşmaya malik olduqlarını bildirirlər. Bu məsələni BMT-də qaldırmaqdan əlavə, GUAM ölkələri problemlərin həlli üçün daha hansı effektiv üsullardan istifadə edə bilərlər?
- Gəlin yaddan çıxarmayaq ki, Ukrayna da Dnestryanı münaqişə ilə bağlı yaradılan və 5+1 formatında aparılan danışıqların bir hissəsidir. Yəni Ukraynanın da “dondurulmuş münaqişələr”in həllində marağı var. Bizim uzun müddət dəstəklədiyimiz yanaşma münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasıdır. Eyni zamanda əmin olmaq istəyirik ki, münaqişələrin həll üçün yaradılan indiki danışıqlar formatından heç bir ölkə kənarda qalmayacaq. Azərbaycanla yanaşı, digər GUAM üzvləri də münaqişələrin çözülməsində çox maraqlıdır. Biz əmin olmaq istəyirik ki, GUAM münaqişələrin çözülməsi üçün aparılan ənənəvi danışıqları təhlükə altına salmayacaq. /APA/
Daxili siyasət
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Xəbər Lenti
Məhkum edilən şəxsin vaxtilə gizlədiyi silah tapılıb
Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq
Ərdoğan: NATO sammitində Trampla təkbətək görüş ehtimalı yüksəkdir
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
AQP-nin reyestrində 200-ə yaxın qiymətləndirici qeydiyyatdan keçib
Emin Əmrullayev Respublika Fənn Olimpiadalarının ən yüksək nəticə göstərən qalibləri ilə görüşüb
"Azercell"in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
“Biləcəri” və “Park Xırdalan” layihələrində yeni mənzil sahibi olmaq üçün fürsət - İlkin ödəniş 16 400 AZN-dən başlayaraq!
İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçib - YENİLƏNİB
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq
Hamburqda AZAL üçün ilk A321neo təyyarəsinin təhvilvermə mərasimi keçirilib- FOTO
Müdafiə naziri: ABŞ tələb etsə belə, İsrail ordusu Livanın cənubunu tərk etməyəcək
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib
Media nümayəndələri "Airbus"un Hamburqdakı istehsal sahəsində olublar- FOTO
Azərbaycanda sığorta bazarı bu il 2%-ə yaxın böyüyüb
Ərdoğan: İsrail 10 gündür ABŞ-İran razılaşmasını pozmaq üçün əlindən gələni edir
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub
SİMA İmza ilə "Birbank Biznes"də onlayn rahatlıq
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: Top Rusiyada deyil
Fransada Ebolaya ilk yoluxma halı qeydə alınıb
Ukrayna Krımda iki hərbi aerodromu bombalayıb, "Pantsir" sistemi məhv edilib
Əli Xameneinin vida mərasimi ilə əlaqədar Tehranın Mehrabad aeroportu bağlanacaq
Ukrayna ordusu Orenburqda Rusiyanın iki əsas zavodunu vurub
Zeynal Nağdəliyev: Pambıqçılıqda inkişafın əsas istiqaməti intensiv və texnologiyaya əsaslanan istehsal modelinə keçiddir
Sabirabadda pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Prezidentin köməkçisi: Pambıqçılıqda 2030-cu ilədək əsas hədəf orta məhsuldarlığın 50 sentnerə çatdırılmasıdır
Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqını seçəcəyinə ümid edir
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır
AZAL: Bu günə olan Bakı-Naxçıvan-Bakı reysləri ləğv olunub
Bakıda və rayonlarda yağış yağacaq
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Əziz Əzizov: Aqrar sahədə islahatlar pambıqçılığın inkişafında yeni mərhələnin əsasını qoyub
İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır
Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Zaur Mikayılov: Su ehtiyatlarının səmərəli idarə olunması sahəsində dövlət nəzarəti xüsusi əhəmiyyət daşıyır
İcra başçısı: Dövlət proqramının icrası qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək
Azərbaycanın “orta güc” kimi mövqeyinə həsr olunmuş konfrans keçirilib - FOTO
Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzalayıb
BMT Forumunda Azərbaycanda sosial islahatların uğurları barədə məlumat verilib
“Zeytun Bağları” ətraf mühitin qorunmasına töhfə verməyə davam edir
TBMM sədri: İƏTPİ Konfransına sədrliyin Azərbaycana keçməsi bizim üçün son dərəcə əhəmiyyətlidir
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
TBMM Azərbaycanla hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Memorandumu təsdiqləyəcək
Krım və Sevastopol işıqsız qalıb - YENİLƏNİB
Numan Kurtulmuş: İƏT kimi beynəlxalq platformalarda islahatlara ehtiyac var
Avrasiya İnkişaf Bankı: Nəqliyyat sektoru Azərbaycanla gələcək əməkdaşlığın əsas prioritetlərindəndir
Nazir: Pambıq regionlarda gəlirlərin sabitləşdiricisi kimi çıxış etməkdədir
Bakıda avtomobil səkiyə çırpılıb, xəsarət alan var- VİDEO