Bank Of Baku

ADP İdarə Heyətinin iclası keçirilib

ADP İdarə Heyətinin iclası keçirilib
# 02 iyul 2007 14:30 (UTC +04:00)
Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının son zirvə toplantısı, Qəbələ Radiolokasiya Stansiyası ətrafında gedən danışıqlar, ABŞ və Rusiya prezidentlərinin görüşü və bir qrup Azərbaycan və Ermənistan ziyalılarının Dağlıq Qarabağa və hər iki ölkəyə səfər etməsi ilə bağlı müzakirələr aparılıb. İclasda həmçinin partiya quruculuğuna dair müzakirə aparılıb və müvafiq qərarlar qəbul olunub. Partiyanın Bakı rayon təşkilatlarının sədrləri də iclasda iştirak edib. İdarə Heyəti ziyalıların Dağlıq Qarabağa səfəri ilə bağlı bəyanat qəbul edib. Səfər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair danışıqların dalana dirənməsi ilə əlaqədar yaranmış gərginliyin aradan qaldırılmasına yönələn uğursuz cəhd kimi qiymətləndirilib. Bu səfərin Azərbaycanın Milli Ordu günündən dərhal sonra reallaşması və dövlət başçısının dinc danışıqların perspektivsizliyi və münaqişənin hərbi yolla həll edilməsinin gündəmə gətirilməsi fonunda baş tutması anlaşılmaz məqamlardan biri kimi qeyd olunub. ADP hesab edir ki, səfər siyasiləşdirilməməli, icmalararası kontakt kimi qiymətləndirilməli və bu səfərin əsasında ciddi siyasi planlar qurulmamalıdır: “Səfərin nəticəsi olaraq Dağlıq Qarabağ erməni icmasının Azərbaycan dövləti ilə bərabər tərəf kimi göstərilməsinə olan cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR