Bank Of Baku

CHP millət vəkili Ensar Ögüt: “Azərbaycanın hüququnu müdafiə etmək CHP-nin ən böyük hədəfi olacaq”

CHP millət vəkili Ensar Ögüt: “Azərbaycanın hüququnu müdafiə etmək CHP-nin ən böyük hədəfi olacaq”
# 02 iyul 2007 14:38 (UTC +04:00)
“Arzu edirik ki, Ermənistan xarici ölkələrdəki diasporun sözünə qulaq asmayıb qonşuları ilə yaxşı yola getməsinin arzu edirik. Ermənilərin Azərbaycan torpaqlarını işğal edərək bir milyon insanı qaçqın vəziyyətinə salması, Türkiyəyə qarşı qondarma soyqırımı iddiaları irəli sürməsi bizi ciddi narahat edir”. Bu açıqlamanı APA-nın Türkiyə bürosuna CHP Ərdəhan millət vəkili, partiyanın Ərdahandan deputatlığa namizədi Ensar Ögüt verib. O, hakimiyyətə gələcəkləri halda Dağlıq Qarabağ məsələsini xarici siyasətin birinci maddəsinə çevirəcəklərini bildirib. “Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması üçün Dağlıq Qarabağ problemi qəti şəkildə həll olunmalıdır. Əgər Ermənistan Azərbaycanla dinc yaşayarsa, Türkiyə ilə də normal əlaqələr yarada bilər. Ərdəhanın Gürcüstan və Ermənistanla sərhədi var. Bizim Gürcüstanla münasibətlərimiz çox yaxşıdır, ancaq Ermənistanın işğalçı siyasəti və Türkiyəyə qarşı əsassız iddialar bu ölkə ilə normal münasibət yaratmağımıza mane olur”. Ensar Ögüt Qafqazda sülhə nail olmaq üçün Ermənistana təzyiq göstərilməli olduğunu deyib: “Ermənistanı dəstəkləyən qüvvələr var, biz bu qüvvələri kənarlaşdırıb Ermənistanı sülh masası arxasında əyləşdirəcəyik. Azərbaycanlı qardaşlarımızın hüquqları Türkiyənin haqq və hüquqlarıdır. Azərbaycanın hüququnu müdafiə etmək CHP-nin ən böyük hədəfi olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR