Bank Of Baku

BAXCP İdarə Heyətinin iclası keçirilib

BAXCP İdarə Heyətinin iclası keçirilib
# 02 iyul 2007 14:43 (UTC +04:00)
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin (İH) toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclsda təşkilati məsələlər, ölkədə və regionda baş verən proseslər müzakirə olunub. İH üzvləri ziyalıların Dağlıq Qarabağa və Ermənistana səfərini pisləyib, bunu Azərbaycanın münaqişədə tutduğu mövqedən geri geri çəkilməsi kimi qiymətləndirib. Partiya hesab edib ki, Azərbaycan prezidentinin son bəyanatları Azərbaycanda böyük ruh yüksəkliyi, mübariz əhval-ruhiyyə yaratdığı bir vaxtda ziyalıların səfəri təsadüfi sayıl bilməz: “Bu səfər münaqişənin həllində maraqlı olmayan dövlətlərin Ermənistanın güzəştə gedə biləcəyi ehtimalını nəzərə alması və Azərbaycan prezidentinin sərt bəyanatlarının təsirini heç endirmək üçün təşkil olunmuş görüş kimi qiymətləndirilməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR