Bank Of Baku

Avropa Şurasının Siyasi Biliklər Məktəbinin dinləyici kurslarına qatılan nümayəndə heyəti səfir Arif Məmmədovla görüşüb

Avropa Şurasının Siyasi Biliklər Məktəbinin dinləyici kurslarına qatılan nümayəndə heyəti səfir Arif Məmmədovla görüşüb
# 02 iyul 2007 14:56 (UTC +04:00)
Avropa Şurasında Siyasi Biliklər Məktəbinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycanı bu tədbirdə politoloq İlqar Məmmədovun rəhbərliyi ilə QHT və media təmsilçilərindən ibarət 31 nəfərlik heyət təmsil edir. APA-nın Avropa bürosunun məlumatına görə, bu gün Azərbaycan nümayəndə heyətinin ölkəmizin Avropa Şurasında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədovla görüşü keçirilib. Görüşdə çıxış edən səfir Arif Məmmədov bu kimi tədbirlərin Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu baxımından çox mühüm rol oynayır. Nümayəndə heyətinin rəhbəri İlqar Məmmədov qurumun Bakı məktəbinin fəaliyyəti haqqında səfirə geniş məlumat verib və bu proqramı genişləndirməyə çalışacaqlarını bildirib. Daha sonra görüş iştirakçıları Azərbaycanda mövcud ictimai-siyasi durum haqqında fikir mübadiləsi aparıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR