Bank Of Baku

Novruz Məmmədov: “Ziyalıların Dağlıq Qarabağ və Ermənistana səfəri müəyyən məsələlərlə bağlı ətraflı məlumat almağa imkan verdi”

Novruz Məmmədov: “Ziyalıların Dağlıq Qarabağ və Ermənistana səfəri müəyyən məsələlərlə bağlı ətraflı məlumat almağa imkan verdi”
# 02 iyul 2007 16:33 (UTC +04:00)
“Bir qrup Azərbaycan ziyalısının Dağlıq Qarabağa və Ermənistana səfərləri münaqişənin həlli istiqamətində mövcud strategiyanın dəyişməsi deyil”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov verib. O, belə səfərlərin taktiki bir addım olduğunu bildirib: “Bu, sadəcə taktiki bir addımdır və müəyyən müsbət tərəfləri var. Belə addımlardan istifadə etmək lazımdır. Bu səfər Azərbaycana müəyyən məsələlərlə bağlı ətraflı məlumatlar verdi. Hesab edirəm ki, münaqişənin həlli ilə bağlı hər bir addımın atılmasına ehtiyac var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR