Bank Of Baku

Avropa Şurası Siyasi Biliklər Məktəbində qurumun siyasi işlər üzrə direktorluğunun sabiq rəhbəri Hans-Peter Furrerin çıxışı azərbaycanlı dinləyicilərin etirazına səbəb olub

Avropa Şurası Siyasi Biliklər Məktəbində qurumun siyasi işlər üzrə direktorluğunun sabiq rəhbəri Hans-Peter Furrerin çıxışı azərbaycanlı dinləyicilərin etirazına səbəb olub
# 03 iyul 2007 08:09 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, dinləyicilər qarşısında çıxış edən Fransa Konstitusiya Şurasının təmsilçisi Dominik Şnapper və Avropa Şurasının siyasi işlər üzrə direktorluğunun sabiq rəhbəri Hans-Peter Furrer əsasən demokratik cəmiyyətdə vətəndaşlıq, milliyyət və kimlik anlayışları, insan haqları, demokratiya, vətəndaş cəmiyyətinin quruluşu haqda məlumat veriblər. Münaqişələr mövzusuna toxunan cənab Furrer bildirib ki, Cənubi Osetiya və Abxaziya konfliktlərində cavabdeh tərəf kimi Rusiya çıxış edirsə, Dağlıq Qarabağ münaqişəsini Ermənistan həmin ərazidə yaşayan erməniləri azad etmək məqsədilə başlayıblar. Furrer Ermənistanın Dağlıq Qarabağ ermənilərini azad etmək üçün bu ərazidə yaşayan azərbaycanlıları qovduğunu iddia edib. Bu fikirlərə etiraz edən Bakı məktəbinin direktoru İlqar Məmmədov cənab Furrerin nəzərinə çatdırıb ki, münaqişənin baş vermə səbəbi haqqında danışmazdan əvvəl bu barədə ətraflı məlumat toplamaq daha yaxşı olardı. O, münaqişə başlayana qədər Dağlıq Qarabağda 120 min erməninin, Ermənistanda isə 250 min azərbaycanlının yaşadığını məruzəçinin nəzərinə çatdırıb: “Bu azərbaycanlıların hamısı Ermənistandan, doğma yurdlarından qovulublar. Münaqişələrin yaranma səbəbləri haqda danışanda mülahizələrə və şəxsi təsəvvürlərə deyl, dolğun məlumatlara söykənmək daha məqsədəuyğun olardı”. Bakı məktəbinin dinləyicisi Gündüz Kərimov isə azərbaycanlıların və Azərbaycan dövlətinin tolerant olduğunu və bütün millətlərə hörmətlə yanaşdığını bildirib: “Mən münaqişənin başlama səbəbi haqda geniş danışmayacağam, sadəcə bir şeyi qeyd etmək istəyirəm ki, münaqişənin səbəbi olaraq bu gün Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var və ölkənin 20 faiz ərazisi, təkcə Dağlıq Qarabağ deyil, o cümlədən ona bitişik yeddi rayon da ermənilər tərəfindən işğal edilib. Mən cənab Furrerdən xahiş edirəm ki, gələcəkdə bir daha belə səhvlərə yol verməmək üçün münaqişəyə dair əlavə məlumatlar toplasın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR