Bank Of Baku

Əhəd Abıyev: “Çoban Xanışı üç aydır görmürəm, mənə böhtan atanları məhkəməyə verəcəyəm”

Əhəd Abıyev: “Çoban Xanışı üç aydır görmürəm, mənə böhtan atanları məhkəməyə verəcəyəm”
# 03 iyul 2007 08:56 (UTC +04:00)
Bu açıqlamanı APA-ya millət vəkili Əhəd Abıyev verib. Deputat Masallı rayonunda onun yaxınları ilə Lerikdən olan çoban Xanış Şahıyevin adamları arasında silahlı atışma baş verməsi ilə bağlı ölkə mətbuatında yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib. Ə. Abıyev Xanış Şahıyevi üç aydır görmədiyini, onunla olduqca isti münasibətlərinin olduğunu söyləyib. Mətbuatda yayılan informasiyalara gəlincə deputat bildirib ki, bu məsələni araşdıraraq həqiqətə uyğun olmayan məlumatları yayan şəxslər barəsində ölçü götürülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək: “Masallıda nə baş verirsə, mənim adımı çəkirlər. Bu insanların məqsədi nədir, bilmirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR