Bank Of Baku

NATO rəsmisi Karl-Heinz Münzner: “Azərbaycan hökuməti müraciət edərsə, bəzi hərbi bazaların ləğvində iştirak edə bilərik”

NATO rəsmisi Karl-Heinz Münzner: “Azərbaycan hökuməti müraciət edərsə, bəzi hərbi bazaların ləğvində iştirak edə bilərik”
# 03 iyul 2007 10:38 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə Bakıda səfərdə olan NATO-nun Maddi-Texniki Təminat və Təchizat Agentliyinin (NAMSA) baş meneceri, general-mayor Karl-Heinz Münzner deyib. NATO təmsilçisi Sülh Naminə Tərəfdaşlıq Proqramı (SNT) çərçivəsində analoji layihələrin Gürcüstan və Əfqanıstanda həyata keçirildiyini xatırladıb. Bu tip layihələrə SNT Proqramı çərçivəsində müəyyən maliyyə tranşları ayrıldığını deyən NAMSA rəhbəri mina təhdidlərinin azaldılması istiqamətində bütün tədbirləri dəstəklədiklərini vurğulayıb. K. H. Münzerin sözlərinə görə, Azərbaycanda həyata keçirilən partlamamış hərbi sursatların ləğvi üzrə Saloğlu layihəsini bu tip ən prioritet layihələrdəndir. Qeyd edək ki, Saoğlu layihəsinin icrasına 2006-cı ilin əvvəlində başlanılıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR