VİP-in Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiasına iyulun 9-da baxılacaq

VİP-in Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiasına iyulun 9-da baxılacaq
# 03 iyul 2007 11:48 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasının (VİP) Ədliyyə Nazirliyi ilə bağlı Yasamal Rayon Məhkəməsində qaldırdığı iddia ilə bağlı məhkəmə iclası iyulun 9-na təyin olunub. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iddia hakim Fəxrəddin Ağamirzəyevin icraatına verilib. Partiyanın hüquqlarını isə məhkəmədə vəkil Tofiq Quliyev müdafiə edəcək. VİP qaldırdığı iddiada bir il müddətində ƏN-in partiyanın dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə heç bir rəsmi cavab vermədiyini bildirib. İddiada ƏN-in hərəkətsizliyinin hüquq pozuntusu olduğu qeyd edilib və bununla bağlı məhkəmə qətnaməsinin qəbul olunması, partiyanın qeydiyyat probleminin həll edilməsi xahiş olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR