Bank Of Baku

Beynəlxalq Respublikaçılar İnstitutunun nümayəndələri “Azadlıq” blokunun liderləri ilə görüşüblər

Beynəlxalq Respublikaçılar İnstitutunun nümayəndələri “Azadlıq” blokunun liderləri ilə görüşüblər
# 03 iyul 2007 12:04 (UTC +04:00)
“Azadlıq” blokunun Sədrlər Şurasının üzvləri Lalə Şövkət, Əli Kərimli və Əli Əliyev Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) proqram üzrə vitse-prezidenti Elizabet Duqan, ölkə üzrə direktoru Dallas Erorib və proqram üzrə məsul şəxs Ceyk Couns ilə görüş keçiriblər. Milli Birlik Hərəkatının (MBH) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanda və regionda ictimai-siyasi, iqtisadi vəziyyət, dünyada gedən geosiyasi proseslər, ölkəmizdə demokratiya, insan haqları və mətbuat azadlığı ilə bağlı problemlər, xüsusilə də son illərdə mətbuata olan təzyiqlər, blok tərəfindən hazırlanaraq Avropa Şurası Venesiya Komissiyası və ATƏT-ə göndərilmiş Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsi, blokun seçki komissiyalarının formalaşması ilə əlaqədar təkliflər və digər məsələlər müzakirə edilib. Bloku liderləri E. Duqana həmçinin blokun fəaliyyəti və planları barədə məlumat verib, gələn il keçiriləcək prezident seçkilərinə münasibət və blokun bu seçkilərdə iştirakına dair fikirləri açıqlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR