Bank Of Baku

Səməd Seyidov: “Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri 99,9 faiz yerinə yetirib”

Səməd Seyidov: “Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri 99,9 faiz yerinə yetirib”
# 03 iyul 2007 13:18 (UTC +04:00)
Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” monitorinq qrupunun sabah Bakıya başlanacaq səfəri ilə bağlı sualını cavablandıran Səməd Seyidov bunun Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinin araşdırılması ilə bağlı səfər olduğunu bildirib. Qrupa İsveçin Avropa Şurası yanında İsveçin daimi nümayəndəliyinin rəhbəri Per Syöqren rəhbərlik edir. “Aqo” qrupunun tərkibinə Almaniya (Eberhard Kölş), Fransa (Bruno Qen), Latviya (Peteris Elferts), Rumıniya (Stelian Stoian) və Rusiyanın (Aleksandr Alekseyev) Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbərləri daxildir. Səfərdə onları Avropa Şurası Katibliyinin əməkdaşları K. Puarel, İ. Aarnio-Lvoff və C. B. Çeliento müşayiət edəcəklər. “Aqo” qruru ilə görüşlərdə əsasən Azərbaycanla Avropa Şurası arasında əlaqələrin cari vəziyyəti, öhdəliklərin yerinə yetirilməsi, seçki qanunvericiliyi, yerli hakimiyyət orqanlarının fəaliyyəti, məhkəmələrin müstəqilliyi və fəaliyyəti, mətbuat azadlığı, Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olacaq. Qeyd edək ki, “Aqo” qrupu Azərbaycana səfər çərçivəsində prezident İlham Əliyev, Prezidentin İcra Araratının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşəcək. Qrupun ədliyyə naziri, baş prokuror, Konstitusiya Məhkəməsi, Ali Məhkəmənin sədrləri, Vəkillər Kollegiyasının sədri və İnsan Hüquqları üzrə Müvəkkilin iştirakı ilə “Məhkəmə sisteminin fəaliyyəti ilə bağlı” dəyirmi masada iştirak edəcəyi gözlənilir. Səməd Seyidovun sözlərinə görə, Azərbaycan Avropa Şurasının 222 saylı sənədində əks olunmuş öhdəliklərdən bir neçəsini yerinə yetirməyib. Deputat yerinə yetirilməmiş öhdəliklərdən birinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli, digərinin “Alternativ xidmət haqqında” qanun layihəsinin qəbulu olduğunu deyib. “Azərbaycan nə sülh, nə müharibə şəraitində olmasına baxmayaraq, “Alternativ xidmət haqqında” qanun layihəsini Avropa Şurasına göndərib. Qurumun ekspertlərinin rəyi gələndən sonra bu öhdəliklə bağlı məsələ də öz həllini tapacaq”. Səməd Seyidov Azərbaycanın Avropa Şurasının bəzi konvensiyalarına qoşulmamasına da münasibət bildirib. Onun sözlərinə görə, AŞPA-nın hər sessiyasında hansısa yeni konvensiya gündəmə gətirilir və dövlətlər bu sənədi imzalamağa dəvət edilir. “Bəzi dövlətlər bu konvensiyaları imzalayır, bəziləri isə yox. Bu, ölkələrin daxili işindən, daxili maraqlarından gələn bir məsələdir, bu konvensiyaları qəbul etmək barədə heç bir ölkənin məcburi öhdəliyi yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR