Bank Of Baku

“Azadlıq” bloku Sədrlər Şurasının iclası keçirilib

“Azadlıq” bloku Sədrlər Şurasının iclası keçirilib
# 03 iyul 2007 13:36 (UTC +04:00)
2008-ci il prezident seçkiləri ərəfəsində ölkədə demokratik seçki mühitinin yaradılmayacağı halda “Azadlıq” bloku bu seçkiləri boykot edəcək. Blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, bu mövqe Sədrlər Şurasının bu gün keçirilən iclasında ifadə olunub. Hazırkı seçki qanunvericiliyi ilə seçkilərdə iştirakı mənasız hesab edən blok liderləri bu halda müxalifətin istənilən halda qalib gəlmək şansının olmadığını qeyd ediblər: “Buna görə də biz seçkilərə hazırlıqla bağlı hər hansı fəaliyyət göstərməyəcəyik. Hazırkı fəaliyyət yalnız Seçki Məcəlləsinə dəyişikliyin edilməsi, rəqabət imkanının yaradılmasına çalışmaqdan ibarət olacaq. Amma nəticə əvvəlcədən bəlli olacaqsa, seçkilər blok tərəfindən boykot ediləcək”. Ə. Əliyev iclasda həmçinin, ölkədə baş verən siyasi proseslər, ziyalıların Dağlıq Qarabağa səfəri, Qəbələ RLS ətrafında gedən proseslər, ictimai-siyasi vəziyyətlə bağlı müzakirələrin aparıldığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR