Bank Of Baku

AŞ PA prezidenti: “Cənubi Qafqaza səfərimin məqsədi “dondurulmuş münaqişələrin” həlli üçün mümkün imkanları araşdırmaqdır”

AŞ PA prezidenti: “Cənubi Qafqaza səfərimin məqsədi “dondurulmuş münaqişələrin” həlli üçün mümkün imkanları araşdırmaqdır”
# 03 iyul 2007 14:55 (UTC +04:00)
Səfərini iyulun 4-də Ermənistandan başlayacaq Rene Van Der Linden bu ayın 5-7-də Gürcüstan, 8-10-da isə Azərbaycanda olacaq. İyulun 7-də Rene van der Linden Cənubi Osetiyada Tsxinvali və Kurtada görüşlər keçirəcək. Mandatı dövründə regiona ikinci səfərini edəcək AŞ PA prezidenti bu regionun Avropa Şurası üçün çox mühüm olduğunu da söyləyib: “Səfərimin məqsədi “dondurulmuş münaqişələrin” həlli üçün mümkün imkanları araşdırmaqdır. Yalnız bu, regiondakı xalqların maraqlarına uyğun dinc inkişafına imkan verəcək”. AŞ PA prezidenti səfəri çərçivəsində həmçinin, münaqişələrin həllində parlament diplomatiyasının rolu, müxalifətin, söz azadlığının durumu, mədəniyyətlararası və dinlərarası dialoq, qonşu ölkələrlə əlaqələr və Avropa məkanına inteqrasiya ilə bağlı müzakirələr aparacağını da deyib. Rene Van Der Linden Azərbaycan, Gürcüstan və Ermənistanın dövlət başçıları, parlament və hökumət rəsmiləri, həmçinin müxtəlif siyasi partiyaların, vətəndaş cəmiyyətinin və medianın təmsilçiləri, din xadimləri ilə görüşəcəyini bildirib. O, hər bir ölkəyə səfərinin sonunda mətbuat konfransı da edəcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR