Bank Of Baku

ABŞ-Azərbaycan hərbi-siyasi məsləhətləşmələri çərçivəsində Qəbələ RLS-lə bağlı məsələ müzakirə oluna bilər

ABŞ-Azərbaycan hərbi-siyasi məsləhətləşmələri çərçivəsində Qəbələ RLS-lə bağlı məsələ müzakirə oluna bilər
# 03 iyul 2007 16:30 (UTC +04:00)
ABŞ-Azərbaycan hərbi-siyasi məsləhətləşmələri çərçivəsində İranla bağlı hansısa məsələlərin müzakirəsi nəzərdə tutulmur. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov verib. Onun sözlərinə görə, buna baxmayaraq, keçirilən görüşdə beynəlxalq aləmdə İran ətrafında yaranmış vəziyyətin müzakirəsi mümkündür: “Məsləhətləşmələrdə regional təhlükəsizlik məsələləri çərçivəsində terrorizmə qarşı, mübarizə, qeyri-qanuni miqrasiya, narkotiklərlə mübarizə, Avroatlantika təhlükəsizliyi, Xəzər regionunun təhlükəsizliyi, Cənubi Qafqazdakı münaqişələr, Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq”. A. Əzimov müzakirələr zamanı Rusiyanın Qəbələ RLS-dən ABŞ-la birgə istifadə təklifinin müzakirə olunacağını da istisna etməyib. Bundan başqa, tərəflər İraq, Əfqanıstan və Kosovadakı vəziyyəti də müzakirə edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR