Bank Of Baku

Araz Əzimov: “GUAM sülhməramlı qüvvələrinin yaradılması əməkdaşlığın konkret növüdür”

Araz Əzimov: “GUAM sülhməramlı qüvvələrinin yaradılması əməkdaşlığın konkret növüdür”
# 03 iyul 2007 16:42 (UTC +04:00)
GUAM çərçivəsində hərbi əməkdaşlığın mümkünlüyünü vurğulayan nazir müavininin sözlərinə görə, Azərbaycanın bu quruma üzv ölkələrlə ikitərəfli inkişaf etmiş əlaqələri var: “GUAM ölkələri müdafiə nazirləri, ekspertlər, eləcə də texniki səviyyədə əməkdaşlıq edir. Mövqelərin birliyi müşahidə olunur. GUAM sülhməramlı qüvvələrinin yaradılması əməkdaşlığın konkret növüdür”. A. Əzimov hesab edir ki, birgə hərbi qruplaşmanın yaradılması, onun komanda-struktur təminatı, texniki təminatı, hazırlığı böyük maliyyə tələb edəcək: “Bizim təklifimiz odur ki, dövlətlər birgə tədbirlər keçirsin, təcrübə mübadiləsi aparsın, birgə təlimlər keçirsinlər. Növbəti mərhələlərdə bu məsələyə təkrar qayıtmaq olar. İstəməzdim ki, bu gün belə vacib məsələdən sui-istifadə etsinlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR