Bank Of Baku

ABŞ səfiri Ann Dersi: “Birləşmiş Ştatlar Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatları dəstəkləyir”

ABŞ səfiri Ann Dersi: “Birləşmiş Ştatlar Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatları dəstəkləyir”
# 04 iyul 2007 07:35 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib. ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Ders qəbulda çıxış edərək bildirib ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında çoxşaxəli və strateji tərəfdaşlıq mövcuddur. “ABŞ kimi, Azərbaycan da azadlığa doğru seçim edib və biz inanırıq ki, bu seçim Azərbaycan xalqı üçün müstəqil, sülh və tərəqqi dolu gələcəyi təmin edəcəkdir. Birləşmiş Ştatlar Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatları dəstəkləyir. Təhlükəsizliyin təmin olunmasında, müstəqilliyin möhkəmlənməsində, iqtisadiyyatın inkişafında ABŞ dostu və strateji tərəfdaşı olan Azərbaycana dəstəyini davam etdirəcəkdir. Qlobal təhlükəsizliyin təmin olunması sahəsində və terrorizmə qarşı mübarizədə Azərbaycanın oynadığı fəal rola görə təşəkkür edirik”. Tədbirdə çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov rəsmi qəbulun iştirakçılarını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik edib, Amerika xalqına sülh və firavanlıq arzulayıb: “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ ölkəmizi tanıyan ilk dövlətlərdən biri olub, ötən illərdə qarşılıqlı əlaqələr yüksələn xətlə inkişaf edib. İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasında dövlət başçılarının görüşləri, aparılan danışıqlar, imzalanmış sənədlər müstəsna rol oynayıb. Prezident İlham Əliyevin 2006-cı ildə ABŞ-a rəsmi səfərindən sonra ölkələrimiz arasında münasibətlər yeni mərhələyə qədəm qoyub”. O. Əsədov qlobal terrorizmlə mübarizə çərçivəsində əməkdaşlıq barədə danışıb, Azərbaycan sülhməramlılarının Kosovo, Əfqanıstan və İraqda NATO və tərəfdaş ölkələrin hərbçiləri ilə birlikdə sülhə və təhlükəsizliyə öz töhfələrini verdiyini söyləyib. Azərbaycanın ABŞ-la beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğulayan O. Əsədov Birləşmiş Ştatların Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həlli sahəsində göstərdiyi səyləri xatırladıb. Rəsmi qəbulda Milli Məclis sədrinin müavinləri, deputatlar, nazirlər, xarici ölkələrin Bakıdakı səfirləri, media orqanlarının rəhbərləri və
ictimaiyyətin nümayəndələri iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR