Bank Of Baku

Stratfor: “İyulun 9-da Pentaqon rəhbəri Robert Qeyts Bakıya səfərə gələcək” - YENİLƏNİB

Stratfor: “İyulun 9-da Pentaqon rəhbəri Robert Qeyts Bakıya səfərə gələcək” - <font color=#FF0000>YENİLƏNİB</font>
# 04 iyul 2007 09:15 (UTC +04:00)
Amerikanın müdafiə və kəşfiyyat mənbələri ilə sıx əməkdaşlıq edən mərkəzdən onu da bildiriblər ki, ABŞ-ın Qəbələ RLS-i ruslarla birgə istismar etməsi real görünmür. Stratforda onu da iddia edirlər ki, Robert Qeyts həmçinin Azərbaycanda tranzit hərbi bazaların (lily pad bases) yaradılması ehtimalını rəsmi Bakı ilə araşdıracaq.
Xatırladaq ki, Pentaqon başçısının Azərbaycana səfəri Vaşinqtonda ölkəmizlə ABŞ arasında hərbi-siyasi məsləhətləşmələrin keçiriləcəyi gündə baş xarici işlər nazirinin müavini Araz Əzimovun Vaşinqton səfəri ilə eyni gündə baş tutacaq.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən isə APA-ya verilən məlumata görə isə yaxın zamanlarda R. Qeytsin Azərbaycana səfəri gözlənilmir: “Rəsmi olaraq, bildiririk ki, yaxın zamanlarda belə səfər yoxdur” /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR