Bank Of Baku

Müsavat Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı Səbayel Rayon Məhkəməsinə müraciət edib

Müsavat Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı Səbayel Rayon Məhkəməsinə müraciət edib
# 04 iyul 2007 10:34 (UTC +04:00)
Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə bağlı Səbayel Rayon Məhkəməsinə müraciət edib. Vəkil Osman Kazımovun APA-ya verdiyi məlumata görə, məhkəməyə təqdim olunmuş iddia ərizəsində şəhər rəhbərliyinin qeyri-qanuni olaraq partiyanın təyin etdiyi aksiyanın yerini dəyişdiyi bildirilib. Müsavat mayın 27-nə təyin etdiyi aksiyanın vaxtını şəhər rəhbərliyinin partiyaya heç bir xəbərdarlıq etmədən, razılaşdırmadan mayın 26-na dəyişdiyini iddia edib. İddiada BŞİH-in bununla “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələbinin pozduğunu bildirib və sözügedən qərarın ləğv edilməsini tələb edib. Qeyd edək ki, aksiyanın vaxtı dəyişdirildiyi üçün Müsavat sözügedən yürüş-mitinqi təxirə salmışdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR