Sabah Minskdə MDB ölkələrinin miqrasiya siyasətinin razılaşdırılmasına dair işçi qrupların birgə toplantısı keçiriləcək

Sabah Minskdə MDB ölkələrinin miqrasiya siyasətinin razılaşdırılmasına dair işçi qrupların birgə toplantısı keçiriləcək
# 04 iyul 2007 11:24 (UTC +04:00)
İyulun 5-6-da Minskdə MDB ölkələrinin miqrasiya siyasətinin razılaşdırılmasına dair təkliflər hazırlayan işçi qrupların birgə toplantısı keçiriləcək. MDB-nin mənzil-qərargahından APA-ya verilən məlumata görə, MDB daxilində miqrasiya siyasətinin uzlaşdırılması barədə dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində razılıq əldə olunub. İşçi qrupların toplantısında əmək miqrantlarının və onların ailə üzvlərinin hüquqi statusuna dair Konvensiya layihəsinin razılaşdırılmasına dair təkliflər müzakirə olunacaq. Toplantıya Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan müvafiq işçi qruplar qatılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR