Bank Of Baku

Bələdiyyələrdəki boş yerlərə payızda seçkilər keçiriləcək

Bələdiyyələrdəki boş yerlərə payızda seçkilər keçiriləcək
# 04 iyul 2007 11:29 (UTC +04:00)
6 oktyabr 2006-ci ildə keçirilmiş bələdiyyə seçkilərində nəticələri ləğv olunmuş yerlərə bu ilin payızında yenidən seçki keçiriləcək. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, seçkinin vaxtı növbəti aylarda nəzərdə tutulmuş vaxta 120 gün qalmış elan olunacaq. A. Sarıyev bildirib ki, hələlik neçə bələdiyyətə boş yerin qaldığı müəyyənləşməyib. O, seçkilərin nəticələri ləğv olunmuş bələdiyyələrdə boş qalmış yerlərlə bərabər ötən müddət ərzində vəfat etmiş, istefa vermiş bələdiyyə üzvlərinin yerinə və yeni yaradılmış bələdiyyələrə seçkilərin keçiriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR