Bank Of Baku

Müxalifətin Məşvərət Məclisinin təsis olunması ilə bağlı saziş imzalanmayacaq

Müxalifətin Məşvərət Məclisinin təsis olunması ilə bağlı saziş imzalanmayacaq
# 04 iyul 2007 12:09 (UTC +04:00)
Müxalifətin Məşvərət Məclisinin yaradılması ilə bağlı saziş layihəsi hazırlansa da, danışıqlar aparan partiyalar indiki mərhələdə sazişin imzalanmaması qərarına gəliblər. Bu barədə APA-ya Məşvərət Şurasında təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, qurumda toplaşan partiyalar birliyin yaradılmasının daha çox praktiki tərəfi maraqlandırır: “Bizi formal olaraq kağız üzərində saziş və müqavilələr imzalamaq o qədər də maraqlandırmır. Ona görə də Məşvərət Məclisində bildirilir ki, praktiki olaraq iş aparılsın, formal tərəfə isə işin gedişində baxılacaq. Bəlkə də müqavilə bağlanmadı. İndiyə qədər onlarla müqavilələr bağlanıb, sazişlər imzalanıb, bəyanatlar verilib, amma ortada heç bir əməli iş olmayıb. Məsələnin formal tərəfinə ikinci dərəcəli iş kimi yanaşmaq lazımdır”. S. Cəlaloğlu saziş layihəsinin hazırlandığını, layinindiki məqamda cəmiyyətin diqqətini bu məsələyə cəlb etməmək üçün onu imzalamayıblar.
Məşvərət Məclisində olacaq partiyaların prezident seçkilərində birgə iştirak etmək ehtimalına gəldikdə S. Cəlaloğlu indiki məqamda qurumun yalnız milli problemlərlə bağlı müzakirələr apardığını bildirib: “Gələcəkdə prezident seçkiləri ilə bağlı məsələnin müzakirəsinə və müəyyən qərarların qəbuluna ehtiyac yaransa bu barədə məsləçhətləşmə olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR